• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin payız sessiyasında ilk iclası keçirildi

Milli Məclisin payız sessiyasında ilk iclası keçirildi
07.09.2018 16:11
Sentyabrın 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

BiG.AZ xəbər verir ki, Milli Məclisin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iclasda beş məsələyə baxılıb. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlik barədə məlumat verib. Qeyd edilib ki, gündəliyə "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissiyalarının fəaliyyəti haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair" Protokolun təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Komitə sədri bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında iqtisadiyyat və nəqliyyatla bağlı memorandum və sazişlər təsdiq edilib. Söhbət sırf hərbi qanunvericilik aktlarının, sazişlərinin, memorandumlarının və protokollarının təsdiq olunmasından gedir. Bu sənədlərdə müdafiə sahəsində hər üç dövlətin birgə, eyni zamanda, ikitərəfli əməkdaşlığının sahələri, məqsədləri, bu əməkdaşlığı həyata keçirən dövlət orqanları, həmçinin spesifik xüsusiyyətlər nəzərə alınıb.

Ziyafət Əsgərov, həmçinin "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, 2017-ci il dekabrın 1-də "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun qəbul edilib. "Bu Qanunun qəbul edilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliğ edilməsi, vətəndaşlarımızın sağlamlığının qorunması, eyni zamanda, xüsusilə gəclərin sağlam böyüməsi və onların zərərli vərdişlərdən uzaq olması, ekologiyanın qorunmasıdır. Bu Qanunun tətbiqi ilə əlaqədar digər qanunverici aktlarına da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, bu gün gündəliyə daxil olunan iki sənədin bir neçə maddəsində papiros sözü tütün sözü ilə əvəz edilir. Tütün məmulatlarının istifadəsi genişdir, tək bir papirosla məhdudlaşmır. Ona görə də bu Qanunla müəyyən olunmuş hallarda tütün məmulatlarının istifadəsi qadağan edilir",-deyə Komitə sədri vurğulayıb.

Komitə üzvləri gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol