• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Qarabağ AÇIQLAMASI: "istənilən vaxt danışıqlara hazırıq"

Paşinyandan Qarabağ AÇIQLAMASI: "istənilən vaxt danışıqlara hazırıq"
10.09.2018 12:52
Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı "Kommersant”a müsahibə verib. 

Unikal.org xəbər verir ki, Paşinyan müsahibədə həm Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlar, həm Qarabağa dair mövqeyi barədə danışıb. Və növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur.

"Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ xalqı Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti var”-Paşinyan belə deyib.

Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəcüb və tənqidlə qarşılanmışdı.

Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz "legitim nümayəndəsi” ilə təmsil olunmalıdır. "Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıqistənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir”-o bildirib.

Paşinyana görə əslində o, "sensasion heç nə demir”. Minsk Qrupu həmsədrlərinin bəyanatlarında deyilir ki, Dağlıq Qarabağın yekun statusu bölgə əhalisinin öz müqəddəratını təyin etməsi hüququ əsasında həll edilməlidir. "Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişə tərəflərindən biridir və onun iştirakı olmadan hansısa həll yolu mümkün deyil”-Paşinyan belə deyib.

"Lakin elə məsələlər var ki, Ermənistandan asılıdır. Mən hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi olduğu etiraf edilən yeddi rayon haqda danışıram. Onların qaytarılması haqda söhbət çoxdan gedir, lakin prosesdə irəliləyiş yoxdur”-"Kommersant”ın əməkdaşı Vladimir Solovyov deyib.

Paşinyan isə deyib ki, həmin rayonlar "Dağlıq Qarabağın ərazisidir”. "Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir”-o bildirib.

Xatırladaq ki, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın "Ermənistanın tərkib hissəsi olduğunu” demişdi.

"Bu cür yanaşma ilə nəsə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?”-jurnalist Paşinyanla polemikaya girib.

Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun. "Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?”-Paşinyan bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol