• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağla bağlı ciddi proses başladı: Ordumuz ilk dəfə...

Qarabağla bağlı ciddi proses başladı: Ordumuz ilk dəfə...
17.09.2018 14:56
Bölgəmizdə çox ciddi proseslərin getdiyi və Bakının bu proseslərdə nizamlayıcı və aktiv fəaliyyəti barədə beynəlxalq müşahidəçilərin fikirlərini görməzdən gəlmək olmaz. Xüsusilə, son proseslərin fonunda bu, daha aydın görünür.

Bu sözləri Axar.az-a açıqlamasında "Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Bakının erməni-daşnak qatillərinin işğalından azad olmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm parada münasibət bildirərkən deyib. Politoloq vurğulayıb ki, iki müstəqil ölkənin rəhbərlərinin iki müstəqil ordunun birgə paradını bir kürsüdən qəbul etməsi nadir hadisələrdəndir:

"Bu paradda hər bir nüans zərgər dəqiqliyi ilə hesablanmışdı və hər birinin xüsusi informasiya yükü vardı. Girişdə məşhur "Çırpınırdın Qara dəniz” türküsü təsadüfən oxunmadı. Türkiyənin "İkinci milli marşı” olaraq qəbul edilən bu mahnının sözləri Əhməd Cavadın, musiqisi Üzeyir bəyindir və Türkiyəyə ithaf olunub. Həmçinin, Türkiyənin Qafqazlarda Azərbaycana hər zaman dəstək verəcəyi mahnının leytmotivindədir.

Digər və ən mühüm məqamlardan biri: Diqqət etdinizsə, Prezident İlham Əliyev əsgərlərin rəsmi salamlanması – yəni paradın açılış əmrini də Prezident Ərdoğanla birgə verməyi qərara almışdı. İki dövlətin, iki prezidentin bu qədər yaxın olduğu haqda hər hansı nümunə yoxdur və əslində, Türkiyə-Azərbaycan münasibətləri dünyaya bir dostluq, qardaşlıq nümunəsidir”.

Politoloq bildirib ki, Azərbaycan Prezidentinin bu qədər sıx bir qrafiklə olduqca genişhəcmli və çoxşaxəli siyasi addımları bölgədə proseslərin dinamikasını təsəvvür etmək üçün kifayət edir:

"Sentyabrın 1-dən başlayaraq, Azərbaycan Prezidentinin Rusiya, Orta Asiya, Avropa (Xorvatiya) səfəri, 15 sentyabr möhtəşəm paradı öncəsi Yaxın Şərqin ideoloqlarından sayılan İsrailin Müdafiə naziri Aviqdor Libermanın Bakıya gəlməsi, ardınca qardaş Türkiyənin lideri Ərdoğanın Dağlıq Qarabağla bağlı paradda verdiyi mesajlar və 17 sentyabrda Ordumuzun genişmiqyaslı təlimə başlaması, paralel olaraq, Ərdoğan-Putin görüşü və gələn həftə Rusiya liderinin Azərbaycana gözlənilən səfəri bir çox mətləblərdən xəbər verir. Biz ikinci dərəcəli kimi görünən, əslində isə çox mühüm olan, məsələn, ABŞ dövlət katibi köməkçisinin iqtisadiyyat və biznes məsələləri üzrə baş müavini Brayan Makfitersin, Yaponiya XİN başçısının və s. Azərbaycana səfərini dənəzərə aldıqda, necə aktiv bir zamandan keçdiyimizi təsəvvür edə bilərik”.

A.Camalqızı Azərbaycan Ordusunun genişmiqyaslı təlimdə ilk dəfə olaraq, qarşısına bu qədər açıq məqsəd qoyduğunu da bildirib:

"Bu gün Ordumuz 20 minlik şəxsi heyətlə təlimə başlayıb. Sentyabrın 22-nə qədər davam edəcək təlimlərlə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, "eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək”. Paşinyanın Rusiyada erməni iş adamları, Fransada isə erməni diasporu qarşısında bu vaxta qədər aparılan danışıqların məntiqi ilə qətiyyən uzlaşmayan, Ermənistanın tam işğalçı siyasət yeritdiyini açıq-aşkar bəyan edən açıqlamaları fonunda bu parad, təlim və siyasi-diplomatik görüşlər olduqca böyük əhəmiyyət daşıyır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol