• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məxfi Ərdoğan-Liberman danışıqları olub?

Bakıda məxfi Ərdoğan-Liberman danışıqları olub?
17.09.2018 17:21
İsrail və Türkiyə iki ölkə münasibətlərinin normallaşması üçün məxfi danışıqlar aparır. Əgər dramatik nəsə baş verməsə iki ölkə səfirləri İsraildəki payız bayramlarının ardınca qarşılıqlı olaraq öz iş yerlərinə qayıdacaqlar. 


Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, bunu İsrailin "Yediot Ahronot” nəşri bildirir. 


Bu ilin mayında Türkiyə XİN İsrailin Ankaradakı səfiri Eytan NayeniABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz olaraq geri göndərib. Prezident Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza ilə sərhəddə etirazçılara atəş açılmasına görə "terrorçu dövlət” adlandırıb. Paralel olaraq Türkiyə öz səfirini İsraildən geri çağırıb. Bu diplomatik demarşa baxmayaraq iki ölkə arasında münasibətlər kəsilməmişdi, xüsusən iqtisadi sferada əməkdaşlıq davam edir.


İndi İsrail KİV-ləri yazır ki, Suriyadakı müharibənin aktiv fazasının başa çatması, İranın bölgədə nüfuzunun artması, Türkiyə iqtisadiyyatında böhran və lirənin dəyərdən düşməsi kimi amillər Ankaranı yenidən İsraillə münasibətləri normallaşdırmağa sövq edir. Türkiyədə hesab edirlər ki, İsraillə münasibətlərin normallaşması ABŞ-la gərginliyi də yumşaldacaq.


Maraqlıdır ki, ötən həftənin sonunda Türkiyə prezidenti Ərdoğan İsrailin müdafiə naziri Aviqdor Libermanla eyni vaxtda Bakıda olub. Hərçənd diplomatik dairələrdə bunu "sırf təsadüf” adlandırırlar, ancaq faktın özü düşünməyə əsas verir.


Aviqdor Liberman Bakıya rəsmi səfəri zamanı prezident İlham Əliyevlə və digər yüksək vəzifəli rəsmilərlə danışıqlar aparıb. İkitərəfli münasibətlər və regional situasiya müzakirə olunub. Məlumatlara görə Azərbaycan İsraildən yenə hansısa silahlar almağa maraq göstərir. 


Ərdoğana gəldikdə isə o Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gəlmişdi. "Liberman hərbi paradla müşaiyət olunan bu təntənələrdə iştirak etməyib, amma həmin vaxt Bakıda olub. Onun qaldığı otel nömrəsinin pəncərəsindən parada tamaşa etməyə yola düşən Ərdoğanın korteji görünürdü. Lakin diplomatik mənbələr bildirir ki, onların arasında heç bir təmas olmayıb”-nəşr yazır.


"Bu səfərlər arasında heç bir əlaqə olmayıb və heç bir təmas baş verməyib. Bundan əlavə Azərbaycan hakimiyyəti də tərəflər arasında vasitəçilik etməyə təşəbbüs göstərməyib.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol