• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov:"Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur"

Zakir Həsənov:"Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur"
05.11.2014 19:57
 Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.  Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb. Z.Həsənov çıxışında əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edib, orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb: "Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaqdır. 5 il, 10 il bundan sonra da bu hadisə yaddaşınızdan silinməyəcək. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur - siz zabit vəzifələrinə təyin edilməklə Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfələr verirsiniz”. Nazir qeyd edib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir: Torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür: "Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə Azərbaycan dövləti münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir”. Bu ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan Z. Həsənov diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində apardığı əsaslı islahatlar Azərbaycanın düşmənlərini qıcıqlandırıb: "Bu hadisələr bir daha ordumuzun lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi. İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir". Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır: "Tabeliyinizdə olan əsgərləri Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etməyə ruhlandırmaq sizin əsas vəzifənizdir. Əsgərlərin vətənpərvər döyüşçülər kimi hazırlanmasında siz bütün səmərəli vasitələrdən istifadə etməli, şəxsi heyətə yüksək döyüş əhval-ruhiyyəsi aşılamalısınız. Bu həqiqəti unutmayın ki, ən müasir silah və texnikanı idarə edən əsgərdir. Buna görə də əsgərlərimiz yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edilməlidir".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol