• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident 7 sərəncam imzaladı

Prezident 7 sərəncam imzaladı
19.09.2018 18:21
Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncama əsasən 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

***

Prezident İlham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

***

İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Şöhrət” ordeni ilə

Həsənov Həmid Qəzənfər oğlu

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Rəşad Qədim oğlu

3-cü dərəcəli "Əmək” ordeni ilə

Bəkirov Şaiq Xanbaba oğlu

Hüseynov Həbib Abdul oğlu

İsgəndərov Rövşən Mirzəhüseyn oğlu

İsmayılov Elman Abbas oğlu

Quliyev Nəriman Abubəkir oğlu

"Tərəqqi” medalı ilə

Abaslı Qulu Nəriman oğlu

Abasov Həsən Əli oğlu

Abbasov Əmir Zeynal oğlu

Abbasov Qadir Seyidəhməd oğlu

Abbasov Rafiq Hümbət oğlu

Abdullayev Fəqani Nəzir oğlu

Axundov İxtiyar Əli Rasim oğlu

Ayan Mustafa

Azadlı Namiq Nazim oğlu

Bayramov Elman Allahverdi oğlu

Bayramova Mətanət Vilayət qızı

Cəfərov Nadir Zeynal oğlu

Əhmədov Xanəhməd Əhməd oğlu

Əhmədov Şıxbala Şıxəli oğlu

Əhmədov Zahid Nurəhməd oğlu

Əliyev Arif Əliağa oğlu

Əliyev Həsən Mirələm oğlu

Əliyev Məmməd Qurban oğlu

Əliyev Yasər Xasay oğlu

Əlizadə Mərdan Fərman oğlu

Feyziyev Nüdrət Hidayət oğlu

Hacıyeva Gülnara Xanım Şaiq qızı

Həsənov Əflatun Mürsəl oğlu

Həsənov Ələkbər Rəsul oğlu

Həsənov İlqar Lütfiq oğlu

Hüseynov Arif Güləhməd oğlu

Hüseynov Rasim Ənvər oğlu

Hüseynov Tofiq Vəli oğlu

Xankişiyev İfrahil İbrahim oğlu

İsmayılov Akif Məhəmməd oğlu

Katibli Rüfət Rafiq oğlu

Kərimov Həsənbəy Seyfutdinoviç

Kirdoda İqor İvanoviç

Mehdiyev Mehman Adil oğlu

Məmmədov Anar Fərruh oğlu

Məmmədov Emil Bəhruz oğlu

Məmmədov Fərhad Balabəy oğlu

Məmmədov Nizami Əli oğlu

Məmmədov Sahib Qəhrəman oğlu

Məmmədov Yaşar Məmməd Kərim oğlu

Mirzəyev Amil Canalı oğlu

Mirzəyev Gülməmməd Nifti oğlu

Nəzirov Cavanşir Nadir oğlu

Novruzov Əli Tofiq oğlu

Rəhimov Qivaməddin Abbas oğlu

Rüstəmov Polad Sabir oğlu

Səlimov Zülfüqar Abdurəhim oğlu

Sultanov Fuad Hüseynağa oğlu

Şəfiyev Rafik Şəfi oğlu

Tağıyev Zalid Abdulhəmid oğlu

Tahirov Tərlan Telman oğlu.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar mühəndis”

Aslanov İlham Tağı oğlu

Hüseynov Otel Əhmədiyə oğlu

Quliyev Kərim Yaqub oğlu

Mehdiyev Faiq Mehdi oğlu

Nağıyev Roman Fərhad oğlu

Şamilov Valeh Məmməd oğlu

"Əməkdar müəllim”

Vəliyev Fuad Həsən oğlu.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Həsənov Raqif Yaqub oğlu

Nərimanov Akif Əli oğlu

Orucov Nizami Nəcəfqulu oğlu

Ramazanova Elmira Məmmədəmin qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

İlham Əliyev M.Y.Şvıdkoyun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

***

İlham Əliyev Hüseyn Saltuk Düzyolun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol "Dostluq” ordeni ilə təltif edilsin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol