• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədri: Azərbaycanın ÜTT-yə daxil olmasına tələsməməliyik

Komitə sədri: Azərbaycanın ÜTT-yə daxil olmasına tələsməməliyik
22.09.2018 11:00
Əgər inkişaf etmiş ölkələr özləri Ümumdünya Ticarət Təşkilatının prinsiplərini ciddi surətdə pozurlarsa, o zaman  hansı əsaslarla və hansı məntiqlə Azərbaycanın ÜTT-yə daxil olmasını sürətləndirməyə çağırırlar?!

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

Millət vəkili qeyd edib ki, bu gün dünyada qloballaşma yaşanır:

"Ancaq eyni zamanda, qloballaşma ilə də milli suverenliklər arasında ziddiyyətlər dərinləşir.

Çünki milli-suveren dövlətlər dünyada hamı üçün eyni olan "vahid oyun qaydaları”ndan istifadəni məqsədəuyğun saymırlar.
 
Məsələn, bəzi beynəlxalq təşkilatların, iqtisad elmindən xəbəri olmayan bəzi "beynəlxalq ekspertlər”in bir çox tövsiyələri var ki, onlar milli iqtisadiyyatların əleyhinə, ziyanına işləyir.

Bu gün tam liberallaşmanın tərəfdarı olan ölkələr belə, Ümumdünya Ticarət  Təşkilatının (ÜTT) prinsiplərinə əməl etmirlər, onları ciddi şəkildə pozurlar. 

Nəyə görə? Ona görə ki, bu şəraitdə milli iqtisadiyyatlarının çətinliklərlə üzləşdiklərini görürlər.

Odur ki, əgər aparıcı,  inkişaf etmiş ölkələr ÜTT-nin prinsiplərini ciddi surətdə pozurlarsa, o zaman  hansı əsaslarla-hansı məntiqlə Azərbaycanın ÜTT-yə daxil olmasını sürətləndirməyə çağırırlar?!

Hesab edirəm ki, biz bu çağırışlara çox həssaslıqla, çox diqqətlə yanaşmalıyıq.

Ciddi elmi təhlillər, araşdırmalar aparmalıyıq.

Xüsusilə də, ölkə iqtisadiyyatının mühüm sahələrinin, daha çox qeyri-neft  sektorunun rəqabətliliyinin yüksəldilməsi ilə bağlı böyük işlərin görüldüyü bir şəraitdə çox ehtiyatla davranmalıyıq…”.
 
Bununla yanaşı, komitə sədri böyük potensiala malik olan Yaxın və Orta Şərq, Mərkəzi-Cənubi Asiya ölkələri ilə əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsinin vacibliyini dilə gətirib:

"Dünən Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr olunmuş möhtəşəm təntənəli və xüsusi iclasda çox mühüm və əhəmiyyətli çıxışlar, çağırışlar oldu. Xüsusilə də, Şərq, Asiya ölkələrindən - Omandan, Misirdən, Hindistandan, Pakistandan, Səudiyyə Ərəbistanından, Küveytdən  və digər ölkələrdən gələn yüksək mandatlı şəxslər tərəfindən bu yöndə maraqlı təkliflər ortaya qoyuldu.

İndi heç bir çıxışı və çıxışçını kənarda qoymaq, birini digərindən ayırmaq  istəməzdim. Bütün çıxışlar bir-birindən maraqlı və regionumuz, bölgəmiz, bütövlükdə dünyamız üçün əhəmiyyətli idi. 

Bütün çıxışlarda qeyd etdiyim kimi, sülhə, təhlükəsizliyə, dostluğa, əməkdaşlığa çağırışlar səsləndirildi, Azərbaycanın, Milli Məclisin bu istiqamətdəki önəmli addımlarına,  geniş fəaliyyətinə diqqət çəkildi, örnək, nümunə göstərildi.

Bu baxımdan hesab edirəm ki, 100 illik yubiley tədbirində səsləndirilən fikirlər və təkliflər əməkdaşlıq əlaqələrinin gələcək inkişafında, qlobal və transmilli  layihələrin icrasında, həyata keçirilməsində, dünyamızda sülhün və təhlükəsizliyin təmin olunmasında mütləq öz müsbət  rolunu oynayacaq, müsbət töhfələrini verəcək.

Eyni zamanda,  Şərq, Asiya ölkələri ilə əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi nəticəsində Azərbaycan iqtisadi inkişafının coğrafiyası müsbət mənada dəyişə bilər və dəyişəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol