• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və QARABAĞ SÖHBƏTİ...

Rusiyada azərbaycanlılarla ermənilərin kef məclisi və QARABAĞ SÖHBƏTİ...
24.09.2018 16:54
Beynəlxalq münaqişələr və təhlükəsizlik üzrə mütəxəssis, rusiyalı politoloq Yevgeni Mixaylov azərbaycanlılar və ermənilərin Qarabağ münaqişəsini istəmədiyini, bunun canlı şahidi olduğu haqqında maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Y. Mixaylov azərbaycanlılarla ermənilərin uzun müddət bir yerdə yaşadığını, bu gün də xaricdə mehriban münasibətlər saxladığını deyib.

O, Sankt-Peterburqda Tofiq adlı azərbaycanlı ilə erməninin içki masasında canlı şahidi olduğu söhbətini qələmə alıb.

Mən Sankt-Peterburqda restoranların birində şam edirdim və sağ tərəfdən tipik aksent səsləri eşitdim. Özümdən asılı olmayaraq, qulaq asmağa başladım. Anladım ki, masa ətrafında əyləşənlər azərbaycanlılarla ermənilərdir. Onlar öz biznesləri haqqında danışırdı və söhbət tədricən Qarabağın üzərinə gəldi. Maraqlıdır ki, həmsöhbətlər bütün müzakirə vaxtı bu münaqişənin heç kimə lazım olmadığı fikrini tez-tez təkrarlayırdılar. Onlar sülh içində yaşamağı arzuladıqlarını qeyd etdilər və bunun üçün tost də dedilər.

Tofiq adlanan azərbaycanlı 1992-ci ildə Ağdam istiqamətində vuruşduğunu danışırdı və müharibədə ad çıxarmış İbad Hüseynovdan bəhs etdi.

"O və dəstəsi Ağdam istiqamətində qabaqda irəliləyirdi, biz də onların arxasınca. İbad və dəstəsi bir neçə erməni postunu darmadağın edərək, Xramort kəndinə girdi. Kənddəki erməni döyüşçülər dağlara qaçdı. Xatırlayıram, kəndi mərkəzində məktəb var idi. İbad qapını açaraq ora girdi və içəridən qışqırıqlar eşidildi. Məlum oldu ki, məktəbdəkilər erməni qadın və uşaqlardır. İbad onlara izah etdi ki, onlar qorxmasınlar, biz silahsız insanlara, qadınlara və uşaqlara toxunmuruq. "Biz yalnız əsgərlər və terrorçularla döyüşürük”, - deyə İbad bildirdi. Sonra öz dəstəsinə kəndi tərk etməyi əmr etdi”, - deyə azərbaycanlı danışır.

Qısa fasilədən sonra erməni danışmağa başladı və İbad Hüseynov haqqında ilk dəfə öz dayısından eşitdiyini bildirdi. Dayısının dediklərinə görə, İbad heç vaxt silahsızlara toxunmurmuş. Hətta onun cəbhə xəttindəki qadın və uşaqlara güllə atmadığı haqqında danışırdılar.

Sonra hər kəs "yaxşı oğlanların sağlığına” içdi və xoşagəlməz mövzuları bağlamağa qərara gəldilər.

Lakin mən öz yeməyimi bitirə bilmədim. O haqda düşünürdüm ki, bu iki xalq münaqişəyə tam 30 il sərf edib. Hərçənd, bu onlara lazım deyildi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol