• $
  • €
  • ₽
  • ₺
  • £

Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə - FOTO

Aprel döyüşlərində istifadə edilən silahlar Bakıdakı sərgidə - FOTO
25.09.2018 15:11
Bu gün Bakıda keçirilən "ADEX-2018” silah sərgisində İsrailin "Rafael” şirkətinin istehsal etdiyi, atış məsafəsi 1,5 kilometrdən 3 km-dək olan "Spike” raket sistemləri nümayiş etdirilir. 

Bununla bağlı Oxu.Az-ın müxbirinə açıqlamasında "Rafael” şirkətinin regional direktoru Şimon Naiman məlumat verib. 

Onun sözlərinə görə, şirkət Azərbaycana uğurla satılan məhsullarını, eləcə də, raketlərini nümayiş etdirir. 

"Rafael” - bu şirkət silah ixracı ilə məşğul olan İsrail şirkətləri siyahısında dördüncüdür.

"Stendimizdə "Su-25”in üzərinə yerləşdirilən yeni sistemlər, kəşfiyyat sistemləri, 60 kiloqram çəkiyə malik olan havada süzən "Spiсe 1000” bombaları var ki, bu bombalar heç nədən asılı olmayaraq, hədəfə çata bilir. Dəqiqliyi 2-3 metrdir”, - müsahibimiz bildirib. 

O əlavə edib ki, burada Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olan məhsullar da nümayiş etdirilib. 

"Bunlar 5,5 kilometrə modifikasiya edilən dörd kilometrlik "Spike”lar, ciplərə quraşdırılan səkkiz kilometrlik "Spike”lar və Azərbaycan Hərbi Hava Qüvvələrində Mi-17 helikopterlərinə quraşdırılan 30 kilometrlik "Spike”lardır.

Dörd kilometrlik "Spike” sistemləri Aprel döyüşlərində özünü yaxşı tərəfdən göstərib”, - Naiman qeyd edib.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol