• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Türkiyənin gizli Qarabağ planı: qutu açılacaq, Paşinyan... - SENSASİYA

ABŞ və Türkiyənin gizli Qarabağ planı: qutu açılacaq, Paşinyan... - SENSASİYA
26.09.2018 10:50
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın "Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.

Publika.az xəbər verir ki, Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu deyir.

"Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi müttəfiqlərindən ayırması da bu hədəflərdən biridir. Vaşinqtonun əsas hədəflərindən biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Çünki Azərbaycanın əraziləri hərbi yolla azad etmək planı və bu işdə NATO üzvü olan Türkiyənin onu dəstəkləməsi KTMT-nin timsalında Rusiyanın da məsələyə qarışması ilə nəticələnə bilər. ABŞ bunu NATO ilə Rusiya arasında hərbi münaqişənin başlanması olaraq görür. Hərçənd, Qarabağa görə NATO və Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə Brüsseldə, nə də Ankarada istəyirlər. Buna görə də ABŞ və Türkiyə Qarabağın azad edilməsinin fərqli yolunu seçdilər: Ermənistan cəmiyyəti Qarabağı könüllü şəkildə Azərbaycana qaytarsın. Paşinyanın korrupsiya ilə mübarizə şüarı altında Qarabağın "müstəqilliyini” müdafiə etmiş "qəhrəmanları” (Robert Koçaryan və digərləri nəzərdə tutulur – red.) təqib etməsi də bu planın bir hissəsidir. O da təsadüfi deyil ki, Paşinyan hakimiyyəti Türkiyə və Azərbaycanın Qarabağın azad edilməsi ilə bağlı səsləndirdikləri sərt fikirlərə reaksiya vermir”, - deyə erməni şərhçi vurğulayır.

Akopyan diqqəti Ermənistanın daxili vəziyyətinə və cinsi azlıqların aktivləşməsinə yönəldir. O, Respublika Partiyasının deputatı Artaşes Qeqamyanın Paşinyana müraciətini də xatırladır.

A.Qeqamyan "İravunk” qəzetində Paşinyana ünvanladığı müraciətində deyirdi: "Sən öz azarkeşlərini inandırırsan ki, erməni xalqının arasında qara və ağlar var. Nə edirsən et, amma LQBT-ni gizli və açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi məhv etmə. İrəvanın polis bölmələrinə, bütün ermənilərin katolikosuna hücum edən təcavüzkar dini sektaları himayə etmə. Soros tərəfindən maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda "Şərqi Avropa və Mərkəzi Asiyanın LQBT – xaçpərəstlərinin forumu” adı altında növbəti yığıncaq keçirməyi planlaşdırırlar. Səndən xahiş edirəm, inqilab və əksinqilab haqqında əsəbi nitqlərinlə insanlara əzab verməyi dayandır. Bəlkə sən anlamırsan, lakin Ermənistanın milli təhlükəsizliyi təhlükə altındadır”.
S.Akopyan iddia edir ki, Türkiyə və Azərbaycanın Qarabağı azad etmək planlarını işə saldığı ərəfədə Ermənistanın daxilindəki xaotik vəziyyət getdikcə inkişaf edir.
"Artıq şübhə etməməliyik ki, ABŞ tütün qutusunu açacaq, oradan Nikol Paşinyan çıxacaq və Qarabağı Azərbaycana qaytaracaq”, - deyə Akopyan iddia edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol