• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Administrasiyasından Paşinyana CAVAB

Prezident Administrasiyasından Paşinyana CAVAB
26.09.2018 14:56
Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur.

Anews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumu müzakirələrinin mövzusuna uyğun olaraq, ölkənin inkişafı, dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt və ya rəqəm səsləndirilməmişdir. Çünki bunlar yoxdur.

BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edən və ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülmüşdür. Ermənistan öz ərazisində və işğal olunmuş torpaqlarda bir milyondan artıq köklü Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törətmişdir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir.

Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmətsizlik şəraitində işğal edilmiş ərazilərin ilhaqına çağırır.

Ermənistanın baş naziri BMT-nin mənzil-qərargahında olduğu halda, münaqişənin həllinin siyasi-hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən qəsdən sükutla keçir.

Münaqişənin həllində irəliləyiş əldə etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olmağı dayandırmalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Yalnız bu halda münaqişənin həlli, regionda davamlı sülh və sabitliyin təmin olunması mümkündür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol