• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev “ASAN xidmət”dən danışdı

İlham Əliyev “ASAN xidmət”dən danışdı
04.11.2014 16:31
Azərbaycan prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.ANN.Az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanla Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd edib.Prezident İ. Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd ediv. Dövlət başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.T. Nakao isə Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına, xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğulayıb.Daha sonra, İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Görüşdə Azərbaycanla Dünya Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanda iqtisadi fəaliyyətin daha da optimallaşdırılması, xidmət sahəsində həyata keçirilən genişmiqyaslı islahatların, o cümlədən ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən görülən işlərin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, Dünya Bankı Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə öz dəstəyini verməkdə maraqlıdır.Söhbət zamanı həmçinin Azərbaycanın müvafiq qurumları ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol