• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda hərbi cinayətlər azalıb” - Xanlar Vəliyev

“Azərbaycanda hərbi cinayətlər azalıb” - Xanlar Vəliyev
01.10.2018 12:15
Ötən dövr ərzində görülmüş ciddi tədbirlərin nəticəsində əsassız olaraq cinayət işlərinin başlanılması hallarının qarşısı alındığından, 2017-ci il ərzində xitam edilmiş cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 42 dəfə, 2005-ci illə müqayisədə 5 dəfə, icraatı dayandırılmış cinayət işlərinin sayı 1998-ci illə müqayisədə 111 dəfə, 2006-cı illə müqayisədə 3 dəfə azalıb.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş prokurorunun müavini, ölkənin Hərbi prokuroru yazdığı məqalədə bildirib. Onun sözlərinə görə, ayrı-ayrı illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin müqayisəli təhlili aparılarkən məlum olub ki, 2017-ci ildə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, 2005-ci illə müqayisədə 2 dəfə, tabeçilik qaydaları əleyhinə olan cinayətlər 2005-ci illə müqayisədə 29 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2005-ci illə müqayisədə 1,8 dəfə, xidmətdən yayınma cinayətləri 1998-ci illə müqayisədə 31 dəfə, 2006-cı illə müqayisədə 3,4 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 26 dəfə, 2005-ci illə müqayisədə 2,8 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1998-ci illə müqayisədə 2999 dəfə, fərarilik cinayətləri 1998-ci illə müqayisədə 325 dəfə, 2006-cı illə müqayisədə 57 dəfə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən qəsdən istifadə etməmə cinayətləri 2005-ci illə müqayisədə 4 dəfə, qulluğa səhlənkar yanaşma cinayətləri 2005-ci illə müqayisədə 3 dəfə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 1998-ci illə müqayisədə 5 dəfə, 2005-ci illə müqayisədə 2,4 dəfə, qeyri-hərbi cinayətlər 2005-ci illə müqayisədə 9 faiz, qəsdən adam öldürmə cinayətləri 1994-cü illə müqayisədə 11 dəfə, özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hadisələri 1995-ci illə müqayisədə 2 dəfə, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 1994-cü illə müqayisədə 5 dəfə; mülkiyyət əleyhinə olan cinayətlər 1994-cü illə müqayisədə 22 faiz, xuliqanlıq cinayətləri 1994-cü illə müqayisədə 16 dəfə, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 1994-cü illə müqayisədə 4 dəfə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin sayı 1998-ci illə müqayisədə 6 dəfə, ümumi törədilmiş cinayətlər nəticəsində həlak olan şəxslərin sayı 1994-cü illə müqayisədə 8 dəfə azalıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol