• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məsələ Araz Əlizadəni “incidir” – MM-də qalmaqal

Bu məsələ Araz Əlizadəni “incidir” – MM-də qalmaqal
01.10.2018 14:44
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar – Qüdrət Həsənquliyevlə Araz Əlizadə arasında mübahisə yaşanıb.

Axar.az xəbər verir ki, millət vəkili Araz Əlizadə iclasda çıxışı zamanı Azərbaycanın başqa dövlətlərə deyil, yalnız özünə inanaraq torpaqları işğaldan azad etməsinin vacibliyini vurğulayıb:
 
"Çox təəssüf ki, son vaxtlar Milli Məclisdə "Ermənistanın arxasında başqa dövlətlər dayanır” kimi Azərbaycan xalqını ruhdan salan fikirlər səsləndirilir. Hörmətli spiker, bu cür fikirlərin səsləndirilməsinə imkan vermək olmaz. Azərbaycan heç kəsdən çəkinmədən torpaqlarını işğaldan azad etmək hüququna malikdir. Cənab Prezident İlham Əliyev də lazım gələn zaman bu əmri verəcək. Bunun əleyhinə müzakirələrin aparılması yolverilməzdir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə Araz Əlizadənin bu çıxışına sərt şəkildə cavab verib:

"Araz Əlizadənin hara bağlı olduğunu yaxşı bilirəm. Araz Əlizadəni incidən mənim burada Rusiyanı tənqid etməyimdir. Çünki Araz Əlizadə və Ayaz Mütəllibov daim Rusiyanı müdafiə edirlər. Ona görə mənim çıxışıma belə reaksiya verdi. Mən bir daha deyirəm ki, işğalçı Ermənistanın arxasında Rusiya dayanır. Bu baxımdan da mən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini yüksək qiymətləndirirəm”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol