• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının aldığı bu güclü raket və “uçan tank”… – Petrosyan

Bakının aldığı bu güclü raket və “uçan tank”… – Petrosyan
01.10.2018 15:45
Ermənistan üçün ilk növbədə Azərbaycanın Rusiyadan aldığı raket-artilleriya vasitələri, İsrail və Çexiyadan alınan uzunmənzilli döyüş vasitələri təhlükə yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan mətbuatına açıqlamasında hərbi ekspert Qraçya Petrosyan deyib.

"Silahın mənzili baxımından baxsaq, ən güclü silah İsrailin LORA silahı sayılır. LORA yaylım atəşindən fərqli olaraq, hədəfi operativ-strateji mənzildə məhv edən raketdir. Biz başa düşməliyik ki, burada problem Ermənistan və Azərbaycan arasında hansı tərəfin daha çox silah və hərbi sursat toplaya bilməsində deyil. Anlamalıyıq ki, əgər belə bir miqyasda silah toplanması baş verirsə, o zaman həmin silahlar bir gün mütləq atəş açacaqlar. Bizim yaxın müttəfiqimiz Rusiya da çox gözəl başa düşür ki, silahla təmin etdiyi Azərbaycan həmin silahlarla Ermənistanın müttəfiqini vuracaq”, - ekspert bildirib.

Petrosyanın sözlərinə görə, dünyada baş vermiş müharibə təcrübələrinin təhlili tərəflərdən hansının daha çox silahlanması və ya hərbi texniki üstünlüyə sahib olması deyil, silahlı qüvvələr cərgəsində hökm sürən mənəvi-psixoloji atmosferin yüksək olması ilə üstünlük əldə edir:

"Başqa sözlə biz anlamalıyıq ki, qarşıdurmanın əsas vasitəsi əsgərlər sayılır və bahalı texnikanın alınmasına yönəlmək düzgün deyil. Bizim rəhbərliyimiz müasir aviasiya vasitələri almaq istədiyini bəyan edir. Mən hesab edirəm ki, bizim bir o qədər də böyük olmayan regionumuz üçün zərbə aviasiyasına bu qədər böyük məbləğin xərclənməsi effektiv sayıla bilməz. Çünki hər şeydən əvvəl bu texnika çox bahadır. İkincisi isə 400 kilometr bir radiusda fəaliyyət göstərmək üçün bu effektli variant deyil. Bunun əvəzinə dağlıq ərazi şərtlərində zərbə helikopterlərinin alınması effekt verə bilər. Yeri gəlmişkən, Azərbaycan artıq Rusiyadan dağlıq ərazidə döyüş aparmaq qabiliyyətinə sahib və hətta rusların özlərinin də "uçan tank” adlandırdığı müasir zərbə helikopterləri alıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol