• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın baş prokurorları - Onlar kimlərdir? - FOTO

Azərbaycanın baş prokurorları - Onlar kimlərdir? - FOTO
01.10.2018 15:30
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. 

Anews.az femida.az-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yarandı.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilib.

F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər.

1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycan müstəqillik əldə etdikdən Baş prokuror postuna 6 dəfə dəyişiklik edilib.

İndiyədək Azərbaycanın Baş prokurour postuna yiyələnmiş şəxsləri təqdim edirik:

Müstəqil Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov olub. O 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. İxtisasca hüquqşünas olan Qayıbov cəmi bir il vəzifədə qala bilib. İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Mərhum Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ikinci Baş prokuroru Murad Babayev olub. İsmət Qayıbovun faciəli ölümündən sonra Baş prokuror postuna təyinat alan M.Babayev də vəzifədə çox qala bilməyib. Babayev cəmil bir illik fəaliyyətdən sonra 1992-ci ildə vəzifədən gedib. M.Babayev bu ilin yanvar ayında ürək tutmasında vəfat edib.

Daha sonra bu postda İxtiyar Şirinov təyin olunub. 1992-ci ildə vəzifəyə gələn İ.Şirinov da bir ildən sonra kreslosunu Əli Ömərova təhvil verməli olub. Baş prokuror vəzifəsində Əli Ömərovun da fəaliyyəti uzun sürməyib. 

Azərbaycanın ən bəlalı günlərdində vəzifə tutan Ömərov 1993-cü ildə Baş prokuror təyin olunub, 1994-cü ildə vəzifədən çıxarılıb. 

Əli Ömərovun gedişi ilə bu posta Eldar Həsənov təyinat alıb. 1995-ci ildə fəaliyyətə başlayan Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsilə vidalaşıb. 

Azərbaycanın hazırkı Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol