• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin dəhşətli etirafları - Azərbaycanlıları diri-diri yandırırdılar - VİDEO

Ermənilərin dəhşətli etirafları - Azərbaycanlıları diri-diri yandırırdılar - VİDEO
05.10.2018 09:54
Ermənistanın Epress.am saytı 1988-ci ildə bu ölkənin Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib. Məqalədə 30 ildir gizli saxlanılan faktlar gün üzünə çıxıb. O vaxt Quqarkda azərbaycanlıların diri-diri yandırılmağının şahidi olan ermənilər ilk dəfə baş verənləri etiraf edib, hadisələri olduğu kimi danışıblar.

Xezerxeber.az bildirir ki, jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni kütləvi informasiya vasitələrini şoka salıb. Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib.

Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları, günahsızların necə öldürüldüyünü danışaraq, erməni vəhşiliyini ilk dəfə danmayıblar. Məsələn, həmin vaxtlar Vanadzorda prokuror işləmiş Qriqori Şahverdiyan illərdir gizlətdiyi arxiv sənədlərini üzə çıxarıb. O bildirib ki, 1988-ci ilin mart ayından noyabrına kimi Quqark rayonunda 624 azərbaycanlı milli münaqişə zəmnində əsassız olaraq işdən çıxarılıb. Onların çoxu hədə-qorxu, təqib və hücuma məruz qalıb. Bazarda işləyən azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Şahverdiyanın sənədlərində azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb.

Şahverdiyan ən dəhşətli hadisənin Şaumyan kəndində baş verdiyini deyib. Həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətli qeydə alınıb. Burada azğınlaşmış ermənilər azərbaycanlıları hətta yüksəkliklərdən yerə ataraq ölümə tərk ediblər.

Quqark qırğınından sonra Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirən Samvel Vardanlu adlı erməni isə, o vaxt istifadə etdiyi silahları da nümayiş etdirərək, azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.

Şaumyan sakini Stepan Ayvazyan isə kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını etiraf edib.

Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan isə etiraf edib ki, milli münaqişə zamanı qaçıb məktəblərdə gizlənən azərbaycanlılar ermənilərt tərəfindən yandırılıblar. Epress.am saytının əməkdaşı Mane Papyanın suallarını cavablandıran "Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns isə bildirib ki, Moskva Prokurorluğu tərəfindən üzvü olduğu komitə də daxil olmaqla, Quqark qırğınını törədənlər həbs olunsa da, bu çox çəkməyib və onlar tezliklə azad olunublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol