• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın arvadı təmas xəttinə gəldi və sülhə çağırdı

Paşinyanın arvadı təmas xəttinə gəldi və sülhə çağırdı
29.05.2020 09:22


Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib. Virtualaz.org "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Anna Akopyan bu səfəri özünün "Qadınlar sülh naminə” sülhməramlı təşəbbüsü çərçivəsində təşkil edib. O, təmas xəttində Qarabağ münaqişəsinin tərəflərinə müraciətlə sülhə çağırış edib.

Anna Akopyanın təşəbbüsünə Rusiyadan qadın siyasi-ictimai xadimlər, həkimlər, yazıçılar, digərləri qatılıb. Sülh təşəbbüsü ilə təmas xəttinə gələn qadınları qondarma "dqr”in müdafiə naziri Levon Mnatsakanyan və "prezident” Bako Saakyan da müşaiyət ediblər.

Anna Akopyan bildirib ki, bu təşəbbüsü başladanda hansı maneələrlə qarşılşacağını nəzərə alaraq onun reallaşacağına inanmırdı.

Təmas xəttində rusiyalı qadınlar da nitqlərlə və çağırışlarla çıxış ediblər. Anna Akopyan onları Azərbaycana da səfər etməyə və təmas xəttinin digər tərəfindən sülhə çağırış etməyə səsləyib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol