• $
  • €
  • ₽
  • ₺
  • £

Çayxanada qurulan "dərin dövlət" - "Nazirlər Kabineti" Qarabağı necə aldı?

Çayxanada qurulan "dərin dövlət" - "Nazirlər Kabineti" Qarabağı necə aldı?
28.05.2020 20:45
Azərbaycanda elə bir məhəllə, elə bir küçə yoxdur ki, orada çayxana olmasın. Və çayxanaların boş olduğunu da kimsə görməyib. Çayxanada insanların çox yığışması həm də işsizliyin göstəricisidir. Nənələrimiz demiş, işi, gücü olan adamın çayxanada nə işi var?

Azərbaycanda çayxanalarda heç şübhəsiz ən çox müzakirə olunan, baş sındırılan mövzu da siyasətdir. Dəfələrlə şahidi olmuşam ki, bir masa arxasında siyasi gedişlərlə bir neçə dəfə Qarabağı alıb, qaytarmışıq. Bu harasıdır? Rusiyanı dağıdıb, Turanın qurulmasının da şahidi olmuşam. Özüm ölüm, Cənubi Azərbaycanla şimalın birləşməyini də görmüşəm.
Hamımız bilirik ki, ölkəmizdəki siyasi partiyaların bir çoxu qərargahsızdır. Qərargahı olan partiyalar da var ki, gedirsən, divarlar adamın üzərinə gəlir. Vaxt var idi, Müsavat partiyasının qərargahındakı çayxana ölkənin ən qaynar bölgələrindən biri idi. Düzdür, orada bəzən daxili siyasət (partiya daxili) danışılırdı, ancaq yenə də o qədər qüsur molla qızında da olur. Qərargahın özündən daha çox çayxanada siyasət müzakirə edilirdi.
Bakıda bir neçə çayxana var ki, bir zamanların qılıncının dalı da, qabağı da kəsən siyasətçiləri axtarsan, orada taparsan.
Bu gün müsahibimlə də çayxanada görüşdük. Bir vaxt ətrafa baxdım ki, bir neçə keçmiş nazir oturub, nələrisə müzakirə edirlər. Düzdür, bunu yaxşı hal kimi də qiymətləndirmək olar. Nazir olduqları vaxt çapıb, talamayıblar. Gücləri çoxlarının da gücü çatan 2 manatlıq çayxanadır. Ancaq bu insanların siyasi ambissiyalarından əl çəkmədiklərini gördükdə isə insan düşünməyə bilmir. Dindirsən "xalqın içində oluruq” deyəcəklər. Öz sınan barmağına ilk tibbi yardımı göstərə bilməyən birisi xalqın işinə necə yarayacaq?
Dünyanın harasında keçmiş bir nazirin ən çox vaxt keçirdiyi yer çayxana olar bilər? Bizdə isə bir yox, hətta Nazirlər Kabinetini çayxanada görə bilərik.
Bu yaxınlarda işdən sonra çayxanada dostlarla görüşən zaman söhbət dərin dövlətdən düşmüşdü. Məsələ fırlanıb Azərbaycanda dərin dövlətin olub olmamasına gəldikdə, dostlardan biri dedi:
– Azərbaycanın dərin dövləti elə məhz bu çayxanadadır. Buyurun baxın, keçmiş nazirlər, rəislər, hazırda dövlət orqanlarında işləyənlər və alim ordusu. Ən çox bunlarla harada rastlaşmaq olar? Çayxanada. Çayxanadan dərin dövlət var?
Osmanlı çadırda qurulub. Vahid Azərbaycan da çayxanada qurulacaq!(yenicag)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol