• $
  • €
  • ₽
  • ₺
  • £

Təqsirləndirilən şəxs məhkəmədə Elmira Axundovadan üzr istədi

Təqsirləndirilən şəxs məhkəmədə Elmira Axundovadan üzr istədi
15.10.2018 22:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Anews.az publika.az-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib.

Daha sonra E.İbrahimov ifadəsini elan edib. O, zərərçəkmiş Fərman Məmmədov epizodu üzrə danışıb: "Fərman müəllim ifadəsində deyir ki, biznes işi ilə bağlı mənimlə əlaqə saxlayıb. Sonra məhkəmədə bildirir ki, pulu Həbib Axundova verib. Axı bu necə olur? O, heç verdiyi pulun məbləğini bilmir. Çünki Fərman müəllimin verdiyi pul Nazir Mirzəyevə məxsusdur. Fərmanın dediyinə görə, guya onun pulunu Nazir saxlayırdı. Məgər Fərman bankdır? Fərmanın necə insan olduğu hər kəsə məlumdur. Mənim ona bir qəpik də borcum yoxdur. Əksinə, o, şər-böhtanla Həbib Axundovdan aldığı 250 min manat pulu geri qaytarmalıdır".

E.İbrahimov qeyd edib ki, həbs edilən zaman F.Məmmədovun adamları onun Həbib Axundovun üzünə durmasını istəyib: "Fərman müəllim məndən şikayətçi olmadığını söylədi. Onlar bir neçə dəfə mənə dedilər ki, mən Həbibin üzünə durum".

İfadəsinin davamında təqsirləndirilən şəxs deputat Elmira Axundova və onun oğlu H.Axundovdan üzr istəyib: "Çox utanıram. Çünkü mətbuatda onlar haqqında çox şey yayıldı".

O, F.Məmmədovdan faizə aldığı pulun əvəzinə qazancdan artıqlaması ilə pul verdiyini söyləyib: "Ondan 430-450 min manat civarında faizə pulı almışam. Qazancdan isə 650 min manat pul vermişəm. Bir sözlə, Fərmanın mənə borcu qalıb".

Prosesdə zərərçəkmiş F.Məmmədov vəsatət qaldırıb. O, ibtidai istintaqı araşdıran müstəntiqin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol