Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər

Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.
Anews.az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir.
Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.
Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye "Report"a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























