• $
  • €
  • ₽
  • ₺
  • £

Hadi Rəcəbli: Bu insan ailəsini dolandıra bilmirsə...

Hadi Rəcəbli: Bu insan ailəsini dolandıra bilmirsə...
20.10.2018 12:11

"Əmək qabiliyyəti olduğu halda dilənçilik edən insanları əvvəl araşdırmaq, sonra tədbir görmək lazımdır”.

 

Bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli danışıb. O bildirib ki, insanları mənəvi cəhətdən əməklə məşğul olmağa yönləndirmək lazımdır:


"Televiziyalarda, sosial şəbəkələrdə və mətbuatda bir çox sosial çarxlar yayılır. Əmək qabiliyyəti olmadığı halda işləyərək, çörəkpulu qazanmağa çalışan insanların zəhmətsevərliyini əks etdirirlər. Bu çox müsbət haldır. Belə keyfiyyətlər insanın daxili aləminin zənginliyini, böyüklüyünü əks etdirir. Halbuki, dilənçiliyi biznes vasitəsi, peşə kimi dəyərləndirən, normal qəbul edən şəxslər var. Məsələn, qaraçılar dilənçiliklə məşğul olmağı sənət hesab edirlər.

 

Əmək qabiliyyəti olduğu halda dilənçiliklə məşğul olan insanların sosial durumu ilə maraqlanmaq lazımdır. Həqiqətən, bu insanın maddi problemləri varsa, ailəsini dolandıra bilmirsə, müəyyən kömək etmək olar. Bəzən sosial şəbəkələrdə hansısa dilənçinin şəklini yerləşdirirlər, izləyicilər onun maddi durumunun yaxşı olduğunu, fırıldaqçılıq etdiyini yazırlar. Ona görə, bu məsələdə mütləq bələdiyyələrin, ictimai birliklərin, cəmiyyətin fikirlərini öyrənməliyik. O qədər vəziyyəti ağır olan, maddi təminatı aşağı, hətta əmək qabiliyyətini itirmiş insanlar var ki, mənəviyyatını yüksək tutaraq, dilənçiliyə əl atmırlar. Bu insanlara da, ehtiyac ucbatından dilənməyə məcbur olanlara da kömək etməliyik”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol