• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov Binədəki yollarla bağlı tapşırıq verdi

Ramil Usubov Binədəki yollarla bağlı tapşırıq verdi
23.10.2018 14:02
Oktyabrın 1-də Binə qəsəbəsində qatarla 160 saylı marşrut avtobusunun toqquşduğu, nəticədə iki nəfərin öldüyü və 40 nəfərin yaralandığı küçədə yol hərəkətinin təşkilində problemlər olması barədə elə həmin ərəfədə şikayətlər yayılırdı. Sosial şəbəkədə yayılan şəkillərdə qəsəbənin 275 sakininin Daxili işlər naziri Ramil Usubova müraciət etdiyi qeyd olunur.

Anews.az xəbər verir ki, qafqazinfo bu məsələyə aydınlıq gətirmək üçün oktyabrın 2-də nazirliyə sorğu verib və həqiqətən onlara belə bir müraciətin daxil olub-olmadığına cavab verilməsini istəyib.

275 nəfər qəsəbə sakininin imza atdığı müraciətdə nazir Ramil Usubovdan həmin yolda hərəkətin nizamlanmasını xahiş edilib. Sakinlər qeyd edib ki, asfalt yolu çəkilsə də, işıqfor, sürət nişanları qoyulmayıb və ərazidə yol polisi xidmət aparmır. Bu da piyadaların vurulması ilə nəticələnən qəzalara səbəb olub: "Hər ay yol qəzalarında ən az 2-3 piyada həyatını itirir. Bu məsələ ilə əlaqədar dəfələrlə DYP idarəsinə müraciət olunmasına baxmayaraq, heç bir tədbir görülməyib".

Oktyabrın 22-də Baş Dövlət Yol Polisi İdarəsinin rəsi müavini Elşən Kazımovun adından sözügedən sayta daxil olan cavab məktubunda sakinlərin nazirə belə bir məzmunda müraciət etdiyi təsdiqlənib:

"Binə qəsəbəsinin bir qrup sakini oktyabrın 2-də qəsəbədə hərəkətin təşkili barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə kollektiv müraciət ünvanlayıblar. 

Müraciətlə bağlı ərazi müayinə olunaraq Binə qəsəbəsinin Əli İsazadə küçəsində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə müvafiq yol nişanlarının qurulması, piyadaların hərəkətinin intensiv olduğu yol sahələrində nizamlanmayan piyada keçidlərinin yaradılması barədə qərar qəbul olunaraq icrası təmin olunub.

Bununla yanaşı, Binə qəsəbəsində yol hərəkəti qaydalarına riayət etməyən sürücülərə qarşı mübarizəinin gücləndirilməsi üçün Xəzər Rayon Polis İdarəsinə tapşırıq verilib".

Qeyd edək ki, həmin yolda baş verən qəzaya görə 160 saylı marşrut avtobusunun sürücüsü Əlixan Şıxəliyev və daşıyıcı şirkət olan "Ayşən LTD"-nin dispetçeri Mübariz Fərəcov həbs olunub. Qəza nəticəsində 12 yaşlı şagird Yusif Dadaşzadə və 56 yaşlı müəllim Şakir Əliyev vəfat edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol