• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük gücə malik Erməni-Amerika lobbisi təhlükəsi

Böyük gücə malik Erməni-Amerika lobbisi təhlükəsi
30.10.2014 16:51
Bu günlərdə "The Times of Israel" saytı erməni-amerika lobbisinin böyük gücə malik olması və xaricdə Yerevanın maraqlarının irəli getməsinə böyük dəstək göstərməsi barədə məqalə dərc etdi. Məqalənin müəllifi məşhur amerika analitiki Mayyan Caffedir. Həmin məqaləni diqqətinizə təqdim edirik:"Biz tez-tez görür və eşidirik ki, barələrində kütləvi informasiya vasitələrində vaxtaşırı danışılan və fəaliyyətləri işıqlandırılan israilyönümlü və kuba-amerika lobbisindən nə qədər səs-küy çıxır. Ancaq biz olduqca nüfuzlu başqa bir güc haqqında daha nadir hallarda eşidirik - erməni-amerika lobbisi. Keçmiş milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Zbiqnev Bjezinski erməni-amerika lobbisini ABŞ-dakı üç ən nüfuzlu xarici etnik lobbilərdən biri olduğunu söyləyir.Lobbi təsirli nailiyyətləri ilə öyünə bilər. Onların sayəsində ABŞ tərəfindən hər il Yerevana 90 milyon dollar yardım edilir .Erməni lobbisi istənilən üsullarla Amerikaya təsir etmək üçün böyük səylərdən istifadə edir ki, ABŞ öz əsl müttəfiqi, eyni zamanda İsrailin etibarlı müttəfiqi olan Azərbaycana analoji köməyi dayandırsın. Bununla belə, erməni-amerika lobbisi NATO-nun üzvü olan Türkiyənin ABŞ-la silah satışı üzrə sazişlər imzalamasına mane olur. Bundan başqa, bu lobbi Ankaranın etirazlarına baxmayaraq, hər il ABŞ Konqressində erməni soyqırımı adlandırdıqları hadisənin tanınması haqqında qətnamənin qəbuluna çalışırlar.Başqa əhəmiyyətli lobbi gücləri kimi, erməni-amerika lobbisi də yalnız bir qrupdan ibarət deyil, birgə hərəkət edən təşkilatlar şəbəkəsindən ibarətdir. Bu qruplar özündə Ermənistan siyasi hərəkatlar Amerika komitəsini, Amerika erməni milli komitəsini və Amerika Erməni Məclisini birləşdirir. Onlar siyasi proseslərdə fəal iştirak edən yerli və dövlət təşkilatları şəbəkəsiylə əlaqədədirlər, məsələn, ABŞ-ın xarici siyasətində, hərçənd onların bu və ya biznes sahəsində kifayət qədər təcrübələri yoxdur.Ermənistanın maraqları ABŞ-ın maraqlarına uyğun deyil. Ancaq erməni-amerika lobbisi ABŞ-ın müttəfiqi olmayan İranla və Rusiya ilə Yerevanın strateji münasibətlərini müvəffəqiyyətlə pərdələyir. Bu fakt artıq narahatçılıq yaradır.Konqresdə Ermənistan tərəfdarları hələ də çəkiyə malikdirlər. ABŞ Konqressinin bu üzvləri Ermənistanın İranın siyasətinə yardım etməsinə heç bir diqqət yönəltmədən, erməni-amerika lobbisinin yürütdüyü siyasəti soyuqqanlılıqla qəbul edirlər. Bundan başqa, Ermənistanın amerika dostları erməni-İran əlaqələrinin inkişafına siyasi dəstəyin göstərilməsi üçün şərait yaradırlar. İndi ABŞ Konqressində bu erməni yönümlü üzvlərin üzə çıxarılmasının elə əsl vaxtıdır".http://blogs.timesofisrael.com/armenian-american-lobby-is-powerful-despite-overt-support-of-iran-russia-and-opposition-to-israel-azerbaijan/ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol