Milli Məclisin bu deputatlarına yeni vəzifə verilir

Milli Məclisin (MM) oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.
Anews.az-ın report-a istinadən xəbərinə görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.
Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.
Bu iki deputat parlamentin komitə sədrinin müavini təyin olunacaqları təqdirdə, onların maaşları da artırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























