• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada azərbaycanlılar etiraz aksiyası keçirdi

Almaniyada azərbaycanlılar etiraz aksiyası keçirdi
29.10.2014 20:14
Almaniyadakı Azərbaycan diaspor təşkilatları bu gün Berlində - Reyxstaqın qarşısında kütləvi etiraz aksiyası keçiriblər.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, təxminən 2 saat davam edən mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən artıq azərbaycanlı iştirak edib. Əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy olduqlarını ifadə edən şüarlar səsləndiriblər. Aksiyaçılar bildiriblər ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin, iqtisadi rifahın təmin olunmasında müstəsna rol oynayır, buna görə də Azərbaycana qarşı mövcud təhlükə və təhdidlər regionun gələcəyini də şübhə altına alır. Aksiya iştirakçıları Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayıblar. Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov mitinqdə çıxış edərək, azərbaycanlıların Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində tutduğu mövqenin düzgün olduğuna inandığını, bu məsələdə Azərbaycan dövlətinin atacağı hər bir addımı dəstəyləcəklərini ifadə edib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova öz torpaqlarında doğmalarının məzarlarını ziyarət edən zaman girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Dağlıq Qarabağdakı qondarma rejimin qurduğu oyuncaq məhkəmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib, bunu beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib və beynəlxalq məhkəmə instansiyalarını, habelə insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumları və dövlətləri məsələyə müdaxilə etməyə çağırıb. Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanılıb. Mitinq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin Azərbaycan Evi, Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Drezdendəki Alm.Az. Cəmiyyəti təşkilatçılığı ilə baş tutub. Aksiyada Almaniyada yaşayan türklər də iştirak ediblər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol