• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana tələb

Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana tələb
30.10.2018 09:16
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Botonun regiona səfəri, xüsusilə Ermənistanda "Dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qələbə qazanacaqsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində daha qətiyyətli və həlledici addımlara təşəbbüs etmək üçün yaxşı imkan olacaq” açıqlamasını verməsi, həmçinin, İrəvanın Tehranla münasibətlərə son qoymasını tələb etməsi işğalçı ölkədə ciddi narazılıq və təşvişlə qarşılandı.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, İrəvanda ABŞ-ın Ermənistanı öz maraqlarına qurban verəcəyi haqqında danışılır.

Erməni siyasi şərhçi Romella Mnasakanyan yazır ki, Boltonun açıqlaması ABŞ üçün öz maraqlarının hər şeydən üstün olduğunu bir daha göstərdi.

"Məlumdur ki, Bolton Ermənistanı anti-İran koalisiyasına qoşmaq üçün gəlmişdi. O, hadisələrin inkişafının İranla yaxşı müttəfiq münasibətlərinə malik olan Ermənistanın maraqlarına cavab verib-vermədiyinə tüpürür. Bolton məsləhət görmür, sadəcə Ermənistandan tələb edir. Lakin ABŞ-dan gələn qonaq Bakı ilə elə davranmadı. O, 907-ci düzəlişin ləğv edilə biləcəyindən danışdı və Azərbaycanın Vaşinqton üçün olduqca əhəmiyyətli olduğunu, iki ölkənin münasibətlərinin vacibliyini vurğuladı. Ermənistana gələndə isə Bolton balta çıxardı və inqilaba görə tərifləyərək, yekunlaşdırdı. Daha sonra tələblərə başladı. Tələb etdi ki, Ermənistan Rusiya yox, ABŞ silahını almalıdır. İranla münasibətlərə son qoymağın vaxtının çatdığını bildirdi. Boltonun Bakı və İrəvana münasibəti ABŞ-ın yanaşmasını aydınlaşdırdı. Və onun sözlərindən belə çıxdı ki, dekabrdakı seçkilərdə Paşinyan qalib gələcək, ardınca da Qarabağ münaqişəsilə bağlı Ermənistandan geri çəkilmək, əraziləri qaytarmaq tələb olunacaq”, - deyə erməni şərhçi qeyd edib.

Erməni politoloq Arman Melikyan hesab edir ki, ABŞ regionu ümumi strategiyası çərçivəsində formalaşdırmağa başlayacaq: "Bu vəziyyət Dağlıq Qarabağda ya münaqişənin həlli ilə nəticələnə bilər, ya da müharibəni başlanması ilə. Hər şey Ermənistanı idarə edən dairələrin riskləri hesablamağı bacarmasından və dekabrdakı seçkidən sonra atacağı addımlardan asılı olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol