• $
  • €
  • ₽
  • ₺
  • £

Səfər Mehdiyev, Elçin Quliyev müşavirə keçirdi

Səfər Mehdiyev, Elçin Quliyev  müşavirə keçirdi
02.11.2018 11:49
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Dövlət Miqrasi­ya Xidmə­tinin rəisi Vüsal Hüseynov "Samur” dövlət sərhədindən bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olmuşlar.

Bu barədə Anews.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddət­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaş­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi apa­rılıb.

Səfər çərçivəsində "Samur” dövlət sərhədindən buraxılış məntə­qəsində Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara müvafiq xid­­mətlərin göstərilməsi, o cümlədən miqrasiya qanunvericiliyinin po­zul­­ması ilə əlaqədar hallarda dövlət sərhədindən keçən şəxslərin artıq vaxt itkisinə məruz qalmadan miqrasiya orqanlarına müraciət edə bil­mələri üçün yaradılmış şəraitlə tanış olunub, bunun Azərbaycan Res­­publikası vətəndaşlarının və əcnəbilərin sərhədkeçmə prosedur­ları ilə əlaqədar məmnunluq səviyyəsinin yüksəldilməsinə yönəlmiş ciddi ad­dım olması qeyd edilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə "Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması və vətəndaşlar üçün daha əlverişli şəraitin yaradılması məsələləri müzakirə olunub, Azərbay­can Respublikası və Rusiya Federasiyası hökumətlərin arasında im­za­lanmış Sazişə uyğun olaraq "Samur” çayı üzərində yeni körpü­nün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol