• $
  • €
  • ₽
  • ₺
  • £

“İsrail mənə pul vermir” – Millət vəkili

“İsrail mənə pul vermir” – Millət vəkili
28.10.2014 20:32
53 saylı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov AzVision.az saytının oxucularının suallarına cavab verib. Oxucular yəhudi əsilli millət vəkillərinə sərt suallar ünvanlayıblar. Həmin sual və cavabları təqdim edirik: Vahid: - Sizin bir yəhudi kimi yox, bir insan kimi Fələstində körpə uşaqların qətliamından heç urəyiniz ağrıyırmı? O körpə qızcığazın dağıntı altında “Ya rəbbim” qışqırığına, bir daha onun körpə olduğunun sübutu olaraq dağıntı altında qumla oynamağına heç ürəyinizi ağrıyırımı? O vidieoya baxanda heç nəvələriniz gözünüzün qabağına gəldimi?... - Vahid qardaşım, mən bu məsələni xaricdə də ən yüksək tribunalarda demişəm. Hələ dünyada hansısa millət olmayıb ki, körpənin faciəsinə gülsün, ondan həzz alsın... Dünyada elə bir xalq, millət olmayıb, yəhudilər də həmçinin. Tövratda yazılır ki, əgər böyük bir imarət tikərsənsə və o imarətdə bir uşaq bədbəxt olursa, onu dağırtmaq lazımdır. Necə ola bilər ki, yəhudilər fələstinlilərin hələ yeriyə bilməyən, bağçaya gedən uşağını öldürsün? O videonu yayan adam bilmir ki, HƏMAS-ın raketləri, silahları uşaq bağçasının damındadır. Oradan İsraili vurur. Bu gün İsrailin silahları 1 sm dəqiqliklə obyekti vurur. O, nə bilsin ki, atəş açılan yer bağçadır? HƏMAS İsrailə qarşı hansısa hərəkət edərkən məktəb binalarından, uşaq bağçalarından, məscid həyətlərindən istifadə edir ki, adekvat cavab verəndə İsrail fələstinlilərin nifrətini, dünyanın qəzəbini qazansın.Vahid qardaşımız bilmir ki, həmin yaralı uşaqlar bu gün İsrail xəstəxanalarında müalicə olunur. Vahid qardaşımız bilmir ki, İsrail vurduğu məscidləri bərpa edir, məktəblər tikir. Dünyada elə bir ölkə varmı ki, bir ölkəyə ziyan vurur, onun xəstəsinin qanını, canını, təqaüdünü, ayağı üçün ortopedik ayaq, qol verir? Ermənistan bunu elədimi? Amma Vahid qardaşımız onu bilmir. O körpələrə mənim də yazığım gəlir. Amma bu, müharibədir, toy deyil. İsrailin fələstinlilərlə heç bir problemi yoxdur. Bəzən üsul tapılmır, başa düşürsünüzmü, bunlar elə gizli yerlərdə olurlar ki... Bakının metrosu qədər onlarda tunellər var. Bu tunellərdə gizlənirlər və top mərmilərini açıq binaların üstündə qoyurlar. Mən də bilirəm ki, cavab atəşilə həmin bina vurulanda uşaqlar dərsdə olurlar. Bilirsinizmi, ya gərək onu məhv edəsən, ya da o raketin atəşinə məruz qalasan. Müharibənin də qanunları var. Heç bir uşağı israillilər öldürmürlər. Əksinə, İsrail əsgərləri bir ərəb uşağı mənim gözümün qabağında ölümdən qurtarmaq üçün onu qucaqlayıb, gülləni özünə qəbul edib. Azərbaycan vətəndaşı, oxucusu bunu dərk etməlidir. Bunu bilməlidir. Köhnə lentləri fırlatmaq ilə ikrah yaratmaq lazım deyil. İsrail bu gün Azərbaycana lazımdır. Strateji partnyorumuzdur. Sabah Yevda müəllim müəyyən problemlərin həlli üçün orada qapıları açmalıdır. Onu da deyim ki, İsrail elitası Azərbaycan mediasından narazıdır. Çünki Bakı şəhərində tozanaq olanda da bunu “Mossad”ın adına yazırlar, işıqlar kəsiləndə az qalır desinlər ki, transformatoru “Mossad” partaldıb, Lənkaranda ev dağılıbsa, bunu İsrail edib... Olmaz belə şeylər... Yusif:- Yevda müəllim, yəhudilər hansı dinə qulluq edir? Bir də, sizin dində uşaq öldürmək varmı? Bağışlayın sualıma görə, axı yəhudilər dinsizdir... - Biz iudaizim dininə xidmət edirik. Dünyanın ən qədim dinidir. İlahi kitabımız Allahın Musaya nazil etdiyi Tövratdır. İlk səmavi kitabdır. Bütün peyğəmbərlərimiz islam dinini qəbul edir. Bizim dinə görə nəinki uşağı, heç bir canlını öldürmək olmaz. Allah buyurur ki, mənim yaratdıqlarıma yerdəkilərin heç biri qarışa bilməz. Mənim yaratdıqlarımı hamı qəbul etməlidir. Kiminsə həyatına xitam vermək də mənim ixtiyarımdadır. Ona görə də nəinki, uşağı, heç bir canlını öldürmək olmaz. Azər:- Tankı, təyyarəsi, gəmisi olmayan Fələstinlə bacara bilməyən İsrail kimi superdövlət İranla müharibə etsə, iki gündən artıq davam gətirə bilərmi? - İsrail superdövlət deyil. Kiçik bir dövlətdir. Uzun illərdir İsraili sevməyən dövlətlərin əhatəsindədir. Buna baxmayaraq, İsrail özünü qoruya bilib. 6 milyon yarımlıq yəhudi, 100 milyonluq ərəb dövlətlərinin əhatəsindədir. Bu günə qədər tab gətirib və bundan sonra da özünün apardığı düzgün siyasət nəticəsində Yaxın Şərqdə aparıcı, güclü ölkələrdən biri olar. Kimin kimi məhv etməsi isə düzgün yanaşma deyil. Nə İran İsraili, nə də İsrail İranı iki günə məhv edə bilər. Məhəmməd Həsən:- Yevda müəllim, İsraildən hansısa maddi dəstək olurmu? Səmimi cavabınız seziləcək. - İsraildən bir qəpik də olsun, maddi dəstək almıram. İsrail dövləti də heç kimə maliyyə dəstəyi göstərmir. Yəhudilər pulun qədrini bilirlər, hər yerə pul xərcləmirlər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol