"Paşinyan artistlik edir" - General

"Ermənistan rəhbərliyi artistlik edir. Bu, Azərbaycan xalqına da yaxşı məlumdur".
Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.
Ə.Hüseynov bildirib ki, Ermənistanın əvvəlki rəhbərləri də oxşar addımlar atmağa çalışıblar:
"Erməni rəhbərləri yenə də artistlik edirlər. Gah Paşinyanın arvadı gedib yığıncaq edib bizdən sülh istəyir, gah da özü gedib bu cür cəfəng bəyanatlar verir. Onlar artistlik edirlər və buna fikir vermək lazım deyil. Məgər Paşinyandan əvvəlki adamlar bunu etmirdilər. Bu gün onlar çox sözü deyə bilərlər, ancaq bunu əməldə etmək lazımdır. Bütün bunlara baxmayaraq, Azərbaycan hər məsələdə ehtiyyatlı olmalıdır. Ermənistandan fərqli olaraq, biz boş-boşuna danışmırıq, hörmətli Prezidentimizin əmrlərini gözləyirik. Sadəcə olaraq dünyada Azərbaycana qarşı ikili standartlar mövcud olduğu üçün Ermənistanın bu cür addımlarına göz yumulur, işğalçı ölkəyə heç bir sanksiya tətbiq edilmir. Çox təəssüf ki, indi Azərbaycan belə bir rellıqlarla üzləşib. Yenə də Allah Prezident İlham Əliyevə can sağlığı versin ki, bu qədər çətin bir şəraitdə Azərbaycan dövlətini gücləndirir, inkişaf etdirir və dünyada tanıdır. Azərbaycan dünyada qazandığı yüksək nüfuzu sayəsində bir çox ədalətsizliklərin qarşısını ala bilib. İndi Paşinyanın boş-boş danışmağına fikir vermək lazımd deyil. İndi XXI əsrdir və dünya dövlətləri Azərbaycanın xəritəsini də, ərazi bütövlüyünü də yaxşı tanıyır".
Deputat qeyd edib ki, ötən əsrdə Azərbaycan torpaqlarında erməni dövləti yaradılıb:
"Torpaqlarımızda ikinci dəfə belə bir dövlətin yaradılmasına imkan vermərik. Bunu cənab Prezident də dönə-dönə vurğulayır. Sadəcə olaraq ermənilər yenə də həyasızlıq edib, bu arzularını reallaşdırmağı düşünürlər. Ancaq bu onlar üçün xəyal olaraq qalacaq. Hamımız tam əminik ki, zaman gələcək, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yenə də öz tarixi torpaqlarımıza qayıdacağıq və bayrağımızı Dağlıq Qarabağda əbədi sancağıq".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























