• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir
06.11.2018 22:14


Ermənistanla Azərbaycan arasında əsirlərin mübadiləsi üzrə komissiya tezliklə öz işini bərpa edəcək. Virtualaz.org "aysor.am” erməni nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan müdafiə nazirinin vəzifələrini icra edən David Tonoyan deyib. Bu mərhələdə komissiyanın işinə nazir özü rəhbərlik edəcək.

Azərbaycan tərəfindən əsirlərin dəyişdirilməsi haqqında sorğunun daxil olub-olmaması barədə sualı D.Tonoyan belə cavablandırıb: "Xeyr. Bu cür rəsmi təklif olmayıb. Bu barədə KİV-də oxumuşam”.


Qeyd edək ki, hazırda Ermənistan üç günahsız azərbaycanlı girovu əlində saxlamaqdadır – bunlar Şahbaz Quliyev, Dilqəm Əsgərov və Elnur Hüseynzadədir.
Azərbaycanlı girovların taleyindən danışarkən erməni nazir deyib ki, Ermənistan onlara əsir kimi baxmır.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, Azərbaycanın Hərbi Əsirlər, Girovlar və İtkin Düşmüş Vətəndaşların İşləri üzrə Dövlət Komissiyasının sədri, general-polkovnik Mədət Quliyev komissiyanın iclasında bildirmişdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ münaqişəsi tərəflərinin əlində olan və Beynəlxalq Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçmiş hərbi əsirlərin və girovların "hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklifinə cavab vermir.

M.Quliyev qeyd etmişdi ki, Ermənistan Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin gedişində bütün saxlanılanların yaxın zamanda qaytarılmasının zəruriliyi barədə humanist təklifini də cavabsız qoyub. Bununla da, Ermənistan rəhbərliyi beynəlxalq humanitar hüquqa və müharibə qurbanlarının taleyinə tam biganəliyini nümayiş etdirib.

Eyni zamanda, Qarabağdakı işğalçı rejimin rəhbərinin mətbuat katibi David Babayan bildirib ki, işğalçı rejimin administrasiyası da əsirlərin və saxlanılanların "hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklif almayıb.

"Əgər söhbət Quliyevdən və Əsgərovdan gedirsə, onlar cinayətkar və qatildirlər, Azərbaycan tərəfində olan insanlar isə günahsız mülki şəxslərdir və Azərbaycan beynəlxalq normalara uyğun olaraq, onları azad etməlidir. Buna eyni müstəvidə baxmaq olmaz”, - David Babayan deyib.
Hazırda Azərbaycanda cəbhə xəttində saxlanılmış üç erməni diversantı var – bunlar Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyandır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol