Həbsdən çıxan Hacıyevanın yeni fotoları yayıldı

Noyabrın 8-də London Ali Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntüləri yayılıb.
Haqqın.az xəbər verir ki, fotolar eks-bankirin həyat yoldaşı həbsdən çıxdığı gün çəkilib.
Xatırladaq ki, məhkəmə Hacıyevanı 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxıb. Hakim onun zaminə buraxılmasına etiraz etmək üçün ciddi əsaslar olmadığını bildirmişdi.
Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























