Rusiyada vaxtilə Qarabağda vuruşmuş döyüşçülərin həbsləri başladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ryazanda E.N.O.T. təşkilatının bir neçə üzvünü yaxalayıblar. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarındakı mənbə açıqlayıb.
"Noyabrın 7-də Ryazanda FTX əməkdaşları E.N.O.T. özəl hərbi şirkətinin bir neçə iştirakçısını saxlayıblar. Əməliyyatda Xüsusi Çevik Reaksiya Bölməsinin (SOBR) əməkdaşları da iştirak edib”, - agentliyin həmsöhbəti qeyd edib.
E.N.O.T. qruplaşmasının baş ideoloqu və qurucusu "İşıqlı Rus” millətçi hərəkatının lideri İqor Manquşevdir. O, həmfikirləri ilə birlikdə Ukrayna münaqişəsinin qızışdığı dövrdə Donbas könüllülərinin hərəkətlərinə rəsmi statusun verilməsin qaydasını düşünüb tapıb. E.N.O.T. mövcud olduğu dövr ərzində bir neçə hərbi əməliyyatda – Dağlıq Qarabağda (separatçıların tərəfində), Donbasda və Suriyada – iştirak edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























