• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məmur qardaşlar... - ARAŞDIRMA

Azərbaycanda məmur qardaşlar... - ARAŞDIRMA
27.10.2014 16:57
Yüksək çinli məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin marağını özünə cəlb edir. Nazirlər, komitə sədrləri, icra başçıları, eləcə də digər məmurların özləri və ailə üzvləri haqqına gəzib-dolaşan söhbətlər, məlumatlar geniş müzakirə mövzusuna çevrilir, insanların marağına səbəb olur. Bu dəfə məmur qardaşlardan bəhs edəcəyik. Doğrudur, yüksək vəzifə sahibi olan məmurların əksər hallarda yaxın qohumları da vəzifə sahibi olurlar. Onlar arasında özləri ilə yanaşı qardaşları da məmur olar tanınmışlar az deyil. ANN.az AzVision.az-ın “Məmur qardaşlar...” adlı növbəti araşdırma yazısını oxuculara təqdim edir: Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov 2009-cu ildən bu vəzifədə çalışır və I dərəcəli dövlət müşaviridir. Azərbaycan Milli Məclisinin IV çağırış deputat Malik Həsənov onun qardaşıdır. Bundan öncə də xəbər verdiyimiz kimi Deputat sədr qardaşının “Azinko” şirkətini idarə edir. Tovuz rayonunun icra başçısı Tofiq Zeynalov DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşıdır.Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı Tariyel Qurbanov Hacıqabul rayonunun prokurorudur. Nəqliyyat naziri Ziya Məmmədov 2002-ci ildən nazir postuna çalışır. Məmmədovlar ailəsinin bir neçə üzvü vəzifədə çalışır. Nazirin qardaşı Elton Məmmədov Milli Məclisin deputatıdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin E.Məmmədovun kurasiyasında olduğu dəfələrlə mətbuatda yazılıb. Nazirin qardaşı oğlu Fuad Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavinidir. Həmçinin Nəqliyyat nazirinin bacısı oğlu Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısıdır.Prezident Administrasiyasının şöbə müdiri, general Məhərrəm Əliyevin qardaşı Adil Əliyev isə Milli Məclisin deputatıdır.Abşeronun icra başçısı Zakir Fərəcov deputat Nazim Fərəcovun qardaşıdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə Milli Məclisin deputatıdır.Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qardaşı icra başçısıdır. “Qaçqınkom” sədrinin qardaşı Ramiz Həsənov bir neçə il Sumqayıt icra başçısının müavini vəzifəsində çalışıb. Hazırda isə o, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir. Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, Ədliyyə general-leytenantı, hüquq elmləri namizədi Xanlar Vəliyev 2005-ci ildən ölkəmizin hərbi prokurorudur. Prokurorun qardaşı Elmar Vəliyev Gəncə şəhəri İcra Hakimiyyətinin başçısıdır. E.Vəliyev bundan öncə doğulduğu Yevlax şəhərinin icra başçısı olub. 2011-ci ildən ölkə başçısının sərəncamı ilə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub.Müdafiə Sənayesi naziri Yavər Camalov 2006-cı ildən ölkə başçısının sərəncamı ilə bu vəzifədə çalışır. Nazirin qardaşı Mərdan Camalov 2005-ci ildən Şirvan şəhər İcra Hakimiyyətinin başçısıdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov 2009-cu ildən bu vəzifədə çalışır. Onun qardaşı Ayaz Əsgərov isə 2011-ci ildə prezidentin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. O, buna qədər Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.“Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2006-cı ildən bu vəzifədə çalışır. O, buna qədər müxtəlif vəzifələrdə çalışıb. Qardaşı Mübariz Əhmədzadə 2007-2009-cu illərdə Qax rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin başçısıdır. BDU-nunn rektoru, deputat Abel Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol