• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Hacıyev xanımına görə narahatdır

Cahangir Hacıyev xanımına görə narahatdır
13.11.2018 21:38
Vəkil Aqil Layıcov müvəkkili, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə görüşüb. Bu barədə Modern.az-a A.Layıcov özü məlumat verib.
A.Layıcov Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdar olduğunu bildirib:
"Sonuncu dəfə ötən həftə görüşmüşük. Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur. Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində "İzah edilməmiş gəlirlər” cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə adminstrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontkestindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar”.
A.Layıcova Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub:
"Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə araşdırmadır. Və vurğulanır ki, cinayət konkestində gedən araşdırma yox, inzibati araşdırmadır”. Ona görə də inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir”.
Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb:
"Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir”.
Qeyd edək ki, C.Hacıyev 2016-cı ildə sədri olduğu "Azərbaycan Beynəlxalq Bankı”nda külli miqdarda mənimsəmədə ittiham edilərək həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. Sabiq bankir ittihamları qəbul etmədiyini, qondarma olduğunu bəyan edib.
Bir neçə ay əvvəl Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bir müddət öncə Azərbaycanın tələbi əsasında Londonda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Lakin noyabrın 8-də Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Z.Hacıyeva ev dustaqlığına buraxılma qarşılığında 500 min funt sterlinq ödəyib.
10 il ərzində Londonun məşhur "Harrods” mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Böyük Britaniya Birləşmiş Krallığının "İzahedilməz Sərvət Qanunu”nun ilk hədəfi olmuş Z.Hacıyeva barəsində cinayət təhqiqatı davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol