• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaz Mütəllibova qarşı ağır ittihamlar

Ayaz Mütəllibova qarşı ağır ittihamlar
14.11.2018 12:09
Azərbaycanın ilk və eks-prezidenti Ayaz Mütəllibovun jurnalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə verdiyi üç hissəli müsahibə qalmaqala səbəb olub. 

Anews.az modern.az-a istinadən xəbər verir ki, 81 yaşlı eks-prezident müsahibə boyu bir sıra məqamlara toxunub.

Ayaz Mütəllibovun xüsusilə QKÇP (1991-ci il avqustun 19-da ozamankı SSRİ rəhbərliyindəki mühafizəkar qüvvələrin - başda KQB sədri Vladimir Kryuçkov olmaqla - Sovet imperiyasını qoruyub saxlamaq uçun inadlı cəhdi-red.) haqqında dedikləri bəzi tanınmış jurnalistləri qıcıqlandırıb.

Müsahibədə Ayaz Mütəllibovun QKÇP-ni dəstəkləmədiyini söyləməsi 90-cı illərin əvvələrində mətbuatda çalışmış jurnalistlərin etirazına səbəb olub. Onlar sosial şəbəkədə eks-prezidentə cavab veriblər.

Jurnalist Aydın Canıyev bildirib ki, 1991-ci ildə Ayaz Mütəllibovun QKÇP-yə dəstək bəyanatını ozamankı Dövlət İnformasiya Agentliyi – "Azərinform" (İndiki AZƏRTAC) yayıb.
A.Canıyevin sözlərinə görə, o zaman "Kommunist" qəzetinin buraxıcısı olaraq, teletayp lentindən gələn bütün məlumatları bir qovluğa yığırkən olaya şəxsən şahidlik edib:

"Və məhz buna görə də Mütəllibovun adından gələn ilk bəyanatı saxlamışdım özümdə. Sonra daha bir bəyanat gəlib: QKÇP-nin qiyamçı olması barədə. Çox sürətlə baş verən olayların dönəmiydi. İndi Praqada olan Rövşən Əliyev "Azadlıq"da işləyirdi onda, "Azərtac" xəttiylə yayılan o ilk dəstək bəyanatını mən nəşriyyatın yığım sexində ona vermişəm, əgər o da Ayaz Mütəllibov kimi "unutmayıbsa" - səhv etmirəmsə də, dərc olunub qəzetdə. Amma Ayaz Mütəllibov müsahibədə deyir ki, Yanayev (SSRİ-nin sabiq birinci vitse-prezidenti, 1991-ci ilin avqust qiyamının (QÇP) ideoloqlarından biri-red.) ona zəng elədi, ağzından spirt iyi gəlirdi!
Referundumla da bağlı yalan danışır!
Heydər Əliyevlə də bağlı yalan danışır!
İndiki hakimiyyətə münasibətində də saxtalıq... monitorun o üzündən - yazıdan adamı vurur... lap Yanayevin telefonda ağzından gələn araq iyi kimi!".

Hazırda Praqda yaşayan digər jurnalist, "Azadlıq" radiosunun keçmiş əməkdaşı Rövşən Əliyev də Ayaz Mütəllibovu qeri-səmimilikdə ittiham edib:

"QKÇP gələn kimi Ayaz Mütəllibov onu dəstəklədi, yıxılan gün isə əleyhinə bəyanat verdi və tələsik "Kommunist" qəzetinin adını dəyişib "Xalq qəzeti" elədi. İsa Qəmbər mitinqdə dedi ki, evdar qadınlar belə QKÇP-nin yıxılacağını görürdülər, ancaq Mütəllibov görə bilmədi. Bütün bunlar 3 günün içində baş verdi. Qəzetin adı bir gecədə dəyişdi. Bəlkə də tarixdə heç bir qəzetin adının dəyişməsi bu qədər sürətli proses olmayıb".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol