Prezident daha bir yüksək vəzifəli məmuru işindən azad etdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.
Qeyd edək ki, 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyev təhsil nazirinin müavini Ceyhun Bayramovun təhsil naziri təyin olunması haqda sərəncam imzalayıb. (report)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























