• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Agentliyin əməkdaşlarını təbrik etdi

Prezident Agentliyin əməkdaşlarını təbrik etdi
16.11.2018 17:32
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına təbrik məktubu ünvanlayıb.

Anews.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli avtomobil yolu təsərrüfatı işçiləri!

Sizi ölkəmizdə avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə yaşadan müstəqil Azərbaycan Respublikasının ötən müddət ərzində iqtisadiyyatının sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli töhfələr vermişdir.
Avtomobil yollarının tikintisi, təmiri və saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bugünkü varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Qurum ümummilli lider Heydər Əliyevin "Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini haqlı olaraq öz fəaliyyətinin başlıca devizinə çevirmişdir.

Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirmişdir. Yol təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı, işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir.

Strategiyanın uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturunun sistemli yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir. Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.

İnanıram ki, yüksək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaqdır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol