• $
  • €
  • ₽
  • ₺
  • £

"Əsas sual budur: Ramzan Kadırov Bakıya niyə gəlmişdi?"

"Əsas sual budur: Ramzan Kadırov Bakıya niyə gəlmişdi?"
29.11.2018 09:18
"Çeçenistan prezidenti Ramzan Kadırov noyabrın 27-də Bakıda oldu və prezident İlham Əliyevlə görüşdü. İlham Əliyev və Ramzan Kadırov bir-birlərinin ünvanına komplimentlər söylədilər. Ramzan Kadırov dedi ki, İlham Əliyev yalnız Azərbaycan üçün deyil, bütövlükdə müsəlmanlar üçün xeyirxah işlər görür: "Siz yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdirirsiniz. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür".

Ramzan Kadırov Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev haqqında da müsbət fikirlər söylədi: "Heydər Əliyev ən çətin illərdə Çeçenistana kömək edib. Biz bunu heç vaxt unutmayacağıq".
Ramzan Kadırov onu da dedi ki, Çeçenistanda Heydər Əliyevin xatirəsinə bağ salınıb. Kadırov bağın açılışına İlham Əliyevi dəvət etdi.

İlham Əliyev də Kadırov haqqında xoş sözlər dedi: "Sizin rəhbərliyiniz altında Çeçenistan inkişaf edir. Bizi o da çox sevindirir ki, Çeçenistan Respublikasında sabitlik bərqərar olub, insanlar təhlükəsizlik şəraitində, sakit yaşayırlar, öz doğma torpaqlarında qurub-yaradırlar".

Əsas sual budur: Ramzan Kadırov Bakıya niyə gəlmişdi?" 

Anews.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

"Ramzan Kadırov keçmiş illərdə Azərbaycan haqqında heç də müsbət fikirlər söyləmirdi. O çeçen mücahidlərin Azərbaycandan dəstək aldıqlarını iddia edirdi. Çeçen mücahidlərin bir qisminin ailəsinin Azərbaycanda olması da Kadırovu narahat edirdi. Ramzan Kadırov sonrakı illərdə Azərbaycanı daha tənqid etmədi. Əksinə Kadırov rəsmi Bakı ilə yaxınlaşmağa çalışırdı. Bunun səbəbi var.

Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir. Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiyaları Azərbaycandan investisiyalar gözləyirlər. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiyalara bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib. Elə Ramzan Kadıvorun İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi.

Əlbəttə, Azərbaycan prezidentinin də vurğuladığı kimi keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir. Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risklər hələ var.

Rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyir. Məsələn, Bakıda Rusiya universitetlərinin sayı artır, hər il Bakıda Moskvanın yeni universitetləri açılır. 2019-cu ilin büdcəsində Moskva Universitetlərinin Bakı filiallarına ayrılan vəsait 100 illiyini qeyd edən Bakı Dövlət Universitetinə ayrılan vəsaitdən çoxdur. Halbuki, Bakı Dövlət Universitetin Azərbaycanın ən böyük Universitetidir. Rəsmi Bakı bütün bunları ona görə edir ki, Moskva rəsmi Bakının Rusiya ilə əlaqələrə necə üstünlük verdiyini görsün. Moskva və şəxsən Rusiya prezidenti Vladimir Putin bunu görür və anlayır, ancaq hələ ki, Qarabağ münaqişəsinin həllində fəallıq göstərmir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar",-deyə politoloq vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol