• $
  • €
  • ₽
  • ₺
  • £

Çin Mərkəzi Televiziyasında Azərbaycanla bağlı silsilə verilişlər yayımlanıb

Çin Mərkəzi Televiziyasında Azərbaycanla bağlı silsilə verilişlər yayımlanıb
29.11.2018 11:17
Çin Mərkəzi Televiziyasının 4-cü kanalının (CCTV4) "Bir kəmər, bir yol” mövzusuna həsr olunan proqramının növbəti səkkiz buraxılışında Azərbaycandan bəhs olunub.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, verilişlərdə Azərbaycanın tarixi, coğrafi mövqeyi, müasir inkişafı, iqtisadi imkanları, turizm potensialı, mətbəxindən söz açılıb, iki ölkə arasında münasibətlərə toxunulub.

Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqaz regionunda, Xəzər dənizinin qərb sahilində yerləşməklə Şərq ilə Avropanı birləşdirir. Azərbaycanın coğrafi mövqeyinə baxmaqla onun nə qədər vacib olduğunu anlamaq olar. Bir çox sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşduğu məkan olan Azərbaycan əsrlər boyu İpək yolu üzərində şərq ilə qərb arasında ticarətdə vacib rol oynayıb.
Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın inkişafında yeni dövr başlayıb. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, çox vacib beynəlxalq iqtisadi qovşağa çevrilə bilib. Müstəqil dövlət kimi xarici ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə diplomatik əlaqələr yaradılıb.

Verilişin aparıcısı paytaxt Bakıda aparılan tikinti və inkişaf proseslərindən söz açaraq, qeyd edir ki, "Küləklər şəhəri”ndə tarixi və müasir memarlıq nümunələrini yan-yana görmək mümkündür.

Bildirilir ki, İçərişəhər tarixi İpək yolu üzərindəki ən çox yaşı olan və yaxşı mühafizə olunan yaşayış məntəqələrindən, "Alov qüllələri” isə müasir Bakının rəmzlərindən biridir. Bundan başqa, turistlərin böyük maraq göstərdikləri "Atəşgah” məbədindən, "Yanar dağ”dan da bəhs olunub.

Azərbaycanın təbii gözəlliklərindən də bəhs olunan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində istifadə olunması barədə məlumat verilib.

CCTV-nin əməkdaşları Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Naxçıvanda "Duzdağ” sanatoriyasında, Əlincəqalada çəkilişlər aparıb, Şəkidə milli mətbəximizdə xüsusi yeri olan piti, Tovuzda isə şərabçılıq ənənələri ilə tanış olublar.

Kanal tamaşaçılarına Azərbaycanın zəngin mədəni irsi, o cümlədən xalq yaradıcılığı, adət-ənənələri barədə məlumat verib. Bundan başqa, Azərbaycanın iqtisadi inkişafından, neft strategiyasından, qeyri-neft sektorunun inkişafına olan diqqətdən, iki ölkə arasında iqtisadi-ticari əlaqələrdən, yüksək keyfiyyətli Azərbaycan məhsullarının Çinə ixrac imkanlarından söz açılıb.

CCTV4 kanalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Çinin Azərbaycandakı səfiri Vey Cinxua ilə ikitərəfli əlaqələrimizə dair müsahibələri də yayımlayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol