• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyanın gizli səs yazısı yayıldı

Paşinyanın gizli səs yazısı yayıldı
06.12.2018 09:54
İnternetdə Ermənistan rəhbərliyinin yüksək vəzifəli şəxslərinin telefon söhbətinin növbəti sensasiyalı səs yazısı yayılıb.

Erməni KİV-i xəbər verir ki, bu dəfə yayılan gizli söhbətin iştirakçıları Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyandır.

Səs yazısında onlar KTMT-nın vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan baş katibi Yuri Xaçaturov və Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı atacaqları addımı müzakirə edirlər. Belə ki, Vanetsyan Xaçaturovun avtoritetini NATO baş katibi ilə müqayisə edir və Paşinyana deyir ki, onun həbsi Yerevanın başını ağrıdacaq, Moskva ilə problemlər yaradacaq. Və artıq Rusiya kəşfiyyatçıları və Federal Təhlükəsizlik Xidmətinin 2 rəsmisi Ermənistana gələrək izahat tələb ediblər və bildiriblər ki, Xaçaturovun həbsi KTMT-nın nüfuzuna ləkədir və yaxşı olardı ki, Yerevan onu vəzifədən uzaqlaşdırıb, sonra bu məsələni sakitcə həll etsin. Rus kəşfiyyatçılarının sözlərinə görə, əks təqdirdə Ermənistan bu addımının nəticəsinə qatlaşmalı olacaq. Paşinyan da razı olaraq, işin icrasının Ermənistan Xüsusi Istintaq Xidmətinin rəisi Sasun Xaçatryana tapşırılmasına dair göstəriş verib. Eyni zamanda, Xaçaturovun ölkəni tərk etməməsi üçün bütün lazımı tədbirlərdən, o cümlədən hakimlərə təzyiq metodundan istifadə də planlaşdırılıb.

Həmçinin, Xaçaturov məsələsi ətrafındakı səs-küydən diqqəti yayındırmaq üçün ilk növbədə Koçaryanın məsələsini həll etmək və ona qarşı sərt tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Vanetsyan Paşinyana bildirib ki, "bu gün Koçaryanı həbs edəcəyik”, baş nazir isə cavabında "yaxşı” deyib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın gizli səs yazısı yayılmışdı. Həmin səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nın fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar və Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Bu isə Yerevandakı rəhbərliyin qanunsuz əməlləri, o cümlədən də məhkəmə hakimiyyətinə təzyiqlərilə bağlı ciddi narazılıq yaratmışdı. Nəticədə, gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılaraq istintaqa başlandı.(azvision.az)


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol