Paşinyanın "ayağını" sındırdılar - FOTO

Naməlum şəxslər Ermənistanın baş naziri Nikol Paşinyanın şərəfinə qoyulan heykəlin ayağının bir hissəsini qoparıblar.
Anews.az azvision.az-a istinadən xəbər verir ki, apreldə prezident Serj Sarkisyan əleyhinə "Mənim addımım" aksiyası başladan Paşinyanın şərəfinə "məxməri inqilab" başa çatdıqdan sonra sentyabrda heykəl qoyulub.
Lakin Vanadzor-Gümrü avtomobil yolunda yerləşən "addımlayan Paşinyanın" ayağını sındırıb, böyük dəlik açıblar. Heykəli bu hala salanların kimliyi bəlli deyil. İstisna edilmir ki, heykəli zədələyənlər Paşinyana "bir daha addımlama!" mesajını vermək istəyiblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























