• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev səhnə arxasına xəbər göndərdi ki... - Xalq artisti o anlardan danışdı

Heydər Əliyev səhnə arxasına xəbər göndərdi ki... - Xalq artisti o anlardan danışdı
11.12.2018 14:12
"O hər zaman tədbirlərdən sonra səhnə arxasında sənət adamları ilə görüşüb, ürək sözlərini deyirdi. Mahnının sözlərindəki vurğuya qədər fikir verirdi. Ulu öndərimiz daim sənət adamlarını xüsusi dəyərləndirib, bu gün də bu siyasəti Prezident İlham Əliyev davam etdirir”.

Bu sözləri Publika.az-a ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Xalq artisti Gülyanaq Məmmədova deyib.

G.Məmmədova ilk dəfə Heydər Əliyevin qarşısında çıxışını xatırladıb:

"Ulu öndər gənc yaşlarımızda biz bacılara Əməkdar artist adını verib, İlham Əliyev isə bizi Xalq artisti adına layiq görüb. Hər ikimiz əldə etdiyimiz uğurlara görə onlara borcluyuq, minnətdarıq. Ulu öndər qarşısında ilk çıxışımız Gülüstan sarayında olub. Həmin görüşdə çox həyəcanlı idim. Bir çox dövlət xadimləri, tanınmış sənətkarımız Zeynəb Xanlarova orada idi. Zeynəb xanımın "Bəri bax” mahnısını oxudum. İfadan sonra Heydər Əliyev səhnə arxasına xəbər göndərib məni yanına çağırdı. Tərcüməçisi məni prezidentin yanına apardı. Səhv etmirəmsə, Pakistan prezidenti də həmin tədbirdə idi və məni iki dövlət başçısının arasında otuzdurdular. İlk dəfə idi mən Ulu öndəri bu qədər yaxından görürdüm. O, harada işlədiyimi, oxuduğumu, ehtiyaclarımı soruşdu. Səsimin gözəl olduğunu dedi və mənə uğurlar dilədi. İlk xeyir-duamı verdi. Ondan sonra biz - bacım Gülyazla birlikdə səhnəyə çıxdıq. Bu, Ulu öndərə daha xoş gəlirdi. Hər dəfə keçmiş nazir Polad Bülbüloğlundan soruşurdu ki, "hansı Gülyazdır, hansı Gülyanaq?” Artıq hər görüşdə bu, bir zarafata çevrilmişdi. Bir dəfə dedi ki, "artıq soruşmayacam, bunlara "bacılar” adı qoyuram”. Həmin vaxtdan "bacılar burdadırmı?”, "bacılar oxuyacaqmı?” deyə soruşurdu. Bir dəfə yenə xaricdən qonaqlar gəlmişdi, həmin konsertdə Rəşid Behbudovun "Alagöz” mahnısını oxudum. O zaman yenə məni yanına çağırdı. Həmin vaxt böyük həyəcan keçirdim. Mənə dedi ki, "mənim bu mahnını sevdiyimi haradan bilirsən?” Ustadım Kamil Vəzirovun məsləhət gördüyünü dedim. Bunu deyəndən sonra Heydər Əliyev əlimdən tutdu və mahnını birlikdə oxumaq istədiyini dedi. Əlimdəki üzük barmağımı sıxırdı, amma onun sənətə hörmətindən mən ağrını unutdum və birlikdə mahnını oxuduq. Gözlərinə baxa bilmirdim, böyük zəhm var idi. Amma onunla söhbət edəndə elə bilirdim ki, O, evimizin böyüyüdür”.

G.Məmmədova Heydər Əliyevin təvazökarlıq, sadəlik nümunəsi olduğunu bildirib:

"Bir dəfə Rəşid Behbudovun yubiley tədbiri keçirilirdi. Bir çox sənətkar həmin tədbirdə iştirak edirdi, bəlkə də, yaş və təcrübə baxımdan ən kiçik Gülyazla mən idim. Tədbirin sonunda sənətkarlarla söhbət edəndə qəfildən bizim ayağımıza baxdı. Hamı təəccübləndi, bizə də qəribə gəldi. Ulu öndər bizə yaxınlaşdı, yerdən bilərzik götürüb kimə aid olduğunu soruşdu. Gülyaz da utanaraq onun olduğunu söylədi. O, yanındakılara bilərziyi götürməyi tapşıra bilərdi. Amma o qədər sadə, səmimi insan idi ki, özü götürdü, hətta Gülyaza verərkən zarafat etdi. Hər dəfə çıxışdan sonra Ulu öndərlə görüşü səbirsizliklə gözləyirdik. Bu görüşlərdə ehtiyaclarımızı, çətinliyimizin olub-olmadığını soruşurdu. Bir dəfə heç unutmuram, Strasburqda Avropa Şurasına daxil olmağımızın bir illiyinə həsr olunmuş konsert proqramı təşkil olunmuşdu. Ulu öndər və bütün ailə üzvləri orada idi. Avropa Şurasının binasında canlı konsertlə çıxış etdik. Bu çıxış prezidentə çox xoş gəlmişdi. Ətrafda müxtəlif ölkələrdən insanlar var idi, hamı çox bəyəndi. Hətta fransızlar Gülyaza Julia, mənə Juliana adı qoydular. Ulu öndər sonra ziyafətdə bizimlə görüşdü və təşəkkür etdi”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol