• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov sərəncam imzaladı - İşçi qrupu yaradıldı

Novruz Məmmədov sərəncam imzaladı - İşçi qrupu yaradıldı
11.12.2018 21:32
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 16-18 aprel 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə İşçi qrupu yaradılıb.


 
Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov müvafiq sərəncam imzalayıb.


"Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə İşçi qrupu aşağıdakı tərkibdə yaradılıb:


İşçi qrupunun rəhbəri


Natiq Məmmədov - Nazirlər Kabineti Aparatı rəhbərinin müavini


İşçi qrupunun Nazirlər Kabinetinin Aparatı üzrə üzvləri:


Qulu İmanquliyev - təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri;
Ağadayı Ağayev - beynəlxalq əlaqələr şöbəsinin müdiri;
Qasım Abdullayev - kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri;
Musa Ələkbərov - humanitar və sosial məsələlər şöbəsinin müdiri;
Elşən Hacızadə - sənaye və energetika məsələləri şöbəsinin müdiri;
Şahin Sadıqov - maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri;
Zemfira Sairbəyzadə - regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri;
Vəfa Əliyeva - sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
Akif Əli - mətbuat xidmətinin rəhbəri;
Xalid Qasımlı - hüquq şöbəsi müdirinin müavini;
Süleyman Şəfiyev - İşlər müdiri;
Ramin Talıblı - Baş nazirin müavininin köməkçisi.


İşçi qrupunun digər qurumlar üzrə üzvləri:


Oruc Zalov - daxili işlər nazirinin müavini;
Araz Əzimov - xarici işlər nazirinin müavini;
İlqar Fətizadə - maliyyə nazirinin birinci müavini;
Elsevər Ağayev - səhiyyə nazirinin müavini;
Əli Abdullayev - nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini;
Sevinc Həsənova - iqtisadiyyat nazirinin müavini;
Vilayət Zahirov - ədliyyə nazirinin müavini;
Firudin Qurbanov - təhsil nazirinin müavini;
İntiqam Babayev - gənclər və idman nazirinin müavini;
Rafiq Bayramov - mədəniyyət nazirinin müavini;
Rüstəm Usubov - Baş Prokurorunun birinci müavini;
Əsgər Abdullayev - Dövlət Gömrük Komitəsi sədrinin müavini;
Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
İsmayıl Bağırov - Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
Asif Cəbrayılov - Dövlət Sərhəd Xidməti rəisinin müavini;
Qafar Cəbiyev - Milli Televiziya və Radio Şurası sədrinin müavini;
Rəşad Nəsirov - "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin müavini;
Dağbəyi İsmayılov - "Azərbaycan Dövlət İnformasiya Agentliyi" İdarə Heyəti sədrinin müavini;
Rəhman Qurbanov - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti;
Ramin Yusifov - "Azərişıq" ASC sədrinin müavini;
Seymur Seyidov - "Azərsu" ASC sədrinin müavini;
Sabir İlyasov - "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti;
Fərasət Qurbanov - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru;
Elgin Həbibullayev - Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri;
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;
Fəqan Şahverdiyev - Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri.


Bu sərəncamdan irəli gələn məsələlər İşçi qrupu və aidiyyəti qurumlar tərəfindən həll ediləcək.


Sərəncamın icrasına nəzarət Azərbaycan Baş nazirinin müavini Əli Həsənova həvalə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol