• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Sarkisyanı niyə həbs etmir?

Paşinyan Sarkisyanı niyə həbs etmir?
14.12.2018 21:30
"Mənim üçün bu məsələdə o qədər də şübhə yeri yoxdur. Ermənistanın sabiq Prezidenti Serj Sarkisyanın hazırda Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın komandasına, ətrafındakı insanlara təsir etmək imkanı var". Bunu Sonxeber.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu N. Paşinyanın Ermənistanda apardığı həbs dalğasının S. Sarkisyanın özünə toxunmaması ilə bağlı yaranan şübhələrə münasibət bildirərkən deyib.

"Sarkisyan nə çalıbsa, onlar da onu oynayıblar"

M.Əhmədoğlu fikirlərini onunla əsaslandırıb ki, N. Paşinyan ətrafına elə adamları yığıb ki, o adamların hamısı Soros fondu və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib qrant alanlardır: "Onlar Avropada belə demək mümkündürsə, alt qatda Sarkisyanın əməkdaşları olublar. Paşinyanın ətrafındakı adamlar Sarkisyan üçün Avropada "sübut ediblər" ki, Ermənistan demokratikdir, Azərbaycan isə anti-demokratikdir. Belə deyək, Sarkisyan nə çalıbsa, onlar da onu oynayıblar. OnlarSarkisyanın muzdlu, pullu əməkdaşları olublar".

"Sarkisyan Paşinyanı həbs elədi"

Politoloq mövzu ilə bağlı əyani misal verərək bildirib: "Məxməri inqilab" dövründə Sarkisyan Paşinyanı həbs elədi. Onlar Paşinyanla eyni blokda ("Çıxış") olan Edmon Marukyanla birlikdə AŞ PA-da bununla bağlı məsələ qaldırdılar. Lakin Marukyan Paşinyanın hüquqlarını müdafiə etmədi. O, AŞ PA-da Sarkisyana lazım olan qədər danışdı".

Paşinyan qorxusundan Sarkisyanı həbs etdirmir

Onun sözlərinə görə, bunların hamısı Sarkisyanın gizli, qeyri-rəsmi əməkdaşları olublar: "Onlar da qorxurlar ki, Sarkisyana qarşı hansısa addım atılsa, Sarkisyan açacaq sandığı, tökəcək pambığı – kim nə qədər pul alıb, kim harada nə iş görüb. Buna görə də Paşinyan qorxusundan Sarkisyanı həbs etdirmir. Onun özünün də vaxtilə Sarkisyanla əlaqəsi olub, ondan pul alıb müəyyən işləri görüb".

Paşinyanı hakimiyyətə Sarkisyan gətirib

M. Əhmədoğlu yenə də eyni fikirdə olduğunu qeyd edərək deyib ki, N. Paşinyanı Ermənistanda hakimiyyətə məhz S.Sarkisyan gətirib: "Onu Yusif Sərrac kimi müvəqqəti gətirib. Sarkisyan bilir ki, Paşinyan Ermənistanı idarə edəcək qədər ağla malik deyil. Paşinyan hesab edir ki, səs-küylü həbslər aparmaqla Ermənistanda camaatın rəyini qazanmaq olar. Qədim Romada olduğu kimi – çörək və tamaşa. Onlar hesab edirlər ki, hakimiyyət gec-tez Sarkisyanın əlinə qayıdacaq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol