• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan diaspor təşkilatlarından Amsterdam Universitetinə etiraz

Azərbaycan diaspor təşkilatlarından Amsterdam Universitetinə etiraz
21.10.2014 17:58
Benilüks Azərbaycanlıları Konqresi  (BAK) və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları  hazırda ABŞ-da yaşayan Bakıda anadan olmuş erməni Anna Astvatsaturyanın 90-cı illərdə Bakı və Sumqayıtda baş vermiş hadisələr haqqında Azərbaycan əleyhinə yazdığı kitabın Amsterdam Azad Universitetində keçirilən təqdimat mərasimi ilə əlaqədar etiraz məktubu göndərib.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda 1990-cı ildə Bakı və Sumqayıtda törədilmiş iğtişaşların məhz ermənilər tərəfindən təşkil olunduğunun artıq sübuta yetirildiyi, hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığı bildirilir: “Bir çox millətlərin uzun illər boyunca dostluq şəraitində yaşadığı Azərbaycanın tolerant ölkə olması faktı ilə barışa bilməyən ermənilər böhtan atmaq kimi iyrənc əməllərinə son qoymurlar”. Məktubda daha sonra bildirilir ki, Azərbaycanın tolerant ölkə olmasını Bakıdakı erməni kilsəsinin mövcudluğu da sübut edir: “Etnik təmizləmə siyasəti aparan Ermənistanda isə bir azərbaycanlı belə qalmayıb. Bu və bu kimi digər faktlar hələ də dünya ictimaiyyətindən gizlədilir”. Kitabın təqdimatında BAK-ın üzvü olan gənclər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər. Hollandiya Erməni Komitəsi və Erməni Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirin sonunda Beniluks Azərbaycanlıları Konqresinin gəncləri A.Astvatsaturyana ermənilərin Dağlıq Qarabağda və Xocalıda törətdiyi vəhşiliklər haqqında suallar verib, fakt və dəlilləri diqqətə çatdırıblar.   Bundan əlavə, Amsterdam Azad Universitetinin rəhbərliyinə, kitabın müəllifi  A.Astvatsaturyana  Benilüks Azərbaycanlıları Konqresi və Hollandiyada fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları tərəfindən rəsmi etiraz məktubları göndərilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol