• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynəb Yıldız: Alim Qasımovu və Rəşid Behbudovu dinləyirəm

Zeynəb Yıldız: Alim Qasımovu və Rəşid Behbudovu dinləyirəm
17.12.2018 20:00
Oxu.Az-ın müxbirinin suallarını Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili Zeynəb Yıldız cavablandırır:

- Zeynəb xanım, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Əslində, Azərbaycan və Türkiyə əlaqələrinin tərifi çox sadə və aydındır. Buraya gələndə bir daha bunu müşahidə və özüm üçün tam yəqin etmiş oldum ki, biz "bir millət, iki dövlətik”. Bu, həm də mənim Bakıya, qardaş, can Azərbaycana ilk gəlişimdir.

Gəlişimdə Bakının, Azərbaycanın bizdən fərqi olmadığını, tamamilə eyni mədəniyyətə malik olduğumuzu bir daha görmüş, müşahidə etmiş oldum. Burada olmaqdan, Azərbaycana gəlməkdən çox məmnunam.

Biz hər zaman, tarix boyu bir-birimizə dəstək olmuş dövlətlərik və inşallah, bu, daim belə olacaq.



- Yenidən Bakıya, Azərbaycana gəlmək istərdinizmi?

- Təbii ki, çox istəyirəm. Azərbaycan mədəniyyətinə, Azərbaycan musiqilərinə, xüsusilə muğama ciddi şəkildə marağım var. Sizin musiqiləri, muğamları çox dinləyirəm. Bir çox azərbaycanlı sənətkarı yaxından izləyirəm. Türkiyədə konsertlər verdikdə, yaşadığım şəhərdə olmasa belə, onları dinləməyə gedirəm.

- Konkret olaraq, kimlərin ifasını daha çox dinləyir və bəyənirsiniz?

- Alim Qasımovu, İmamyar Həsənovu dinləyirəm və çox bəyənirəm. Onların ifaları bir başqa aləmdir. Həmçinin, yaşlı və korifey sənətkarlardan Rəşid Behbudovu, İslam Rzayevi çox dinləyirəm. Hətta dünən bir CD aldım, Heydər Əliyev Fondu tərəfindən hazırlanıb və onu özümlə Türkiyəyə aparacağam. 

- Nə vaxtdan buradasınız?

- Dünən (dekabrın 13-ü nəzərdə tutulur - red.) axşam saatlarında gəldim, bu gün isə geri dönəcəyəm. Bir çox görüşlərimiz, tədbirlərimiz var. Xüsusilə Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri başlayıb və beynəlxalq münasibətlərlə bağlı toplantılar ləğv edilib. Ancaq bizim Bakıya, Azərbaycana olan sevgimizə görə bir gün də olsa, gəlməyimə Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən icazə verildi.

- Burada olarkən, haraları gəzib-dolaşdınız?

- Düzünü desəm, vaxt darlığı səbəbindən gəzmək imkanım çox olmadı. Bununla belə, İçərişəhərə getdim. Bakının həm tarixi bir keçmişi, görünüşü var, həm də çox müasir bir şəhərdir. Dünyanın heç bir yerində bu qədər təmiz bir şəhər görmədim desəm, yanılmaram.

Bildiyiniz kimi, biz parlamentarilər, siyasətçilər dünyanın bir çox ölkələrini, şəhərlərini  gəzirik. Ancaq əmin olun ki, tarixən təmizliyi ilə öyünən şəhərlər daxil olmaqla, heç bir yerdə bu qədər mükəmməl, təmiz, gözəl bir mənzərə ilə qarşılaşmadım. Bu şərəf sizlərə, azərbaycanlılara, can qardaşlarımıza aiddir.

Şəhərin memarlıq üslubu, görünüşü insanın gözünü yormur. Bakı şəhər planlaşdırılmasında örnək göstəriləcək şəhərlərdən biridir. 

- Türkiyəyə geri dönərkən Azərbaycanla, Bakı ilə bağlı təəssürat olaraq, yaxınlarınıza, çevrənizə söyləyəcəyiniz ilk sözlər, kəlmələlər hansılar olacaq?



- Buradan Türkiyəyə döndüyümdə ilk söyləyəcəyim sözlər, cümlələr hər kəsin duyduğu, bildiyi kəlmələr olacaq. Yəni bir daha gözlərimlə gördüm və şahid oldum ki, biz, həqiqətən, "bir millət, iki dövlətik”. Bu,  sadəcə, sözdə olan bir məsələ deyil, tamamilə gerçəkdir. Türkiyəyə döndükdə ilk deyəcəyim sözlər bunlar olacaq. 

İkincisi, azərbaycanlılar çox estetik, çox mədəni, çox səmimi insanlardır. Bunun onsuz da belə olduğunu bilirdik, amma gəldik, gördük, yerində təsdiq etdik ki, həqiqətən, bu, belədir. Geri dönərkən söyləyəcəyim sözlərdən biri də məhz bu olacaq.

- Gələcəkdə valideynlərinizlə, yaxınlarınızla da bura gəlmək istərdinizmi? Valideynlərinizin Azərbaycana münasibəti necədir? 



- Əlbəttə ki, ailə üzvlərimlə də buraya gəlmək fikrimiz var. Mənim ailəm də Azərbaycanla çox maraqlanır, sizləri çox sevirlər. Hətta anam-atam tez-tez deyirlər ki, kaş Azərbaycana gedə biləydik. 

Düzdür, hələlik onlar buraya gələ bilməyiblər, özüm də gətirə bilmədim. Siyasi fəaliyyətim səbəbindən çox sıx bir templə, qrafiklə çalışıram. Anam-atam da çox çalışırlar. Ancaq ümid edirəm ki, bu yaz nəhayət, ailəlikcə Azərbaycana, Bakıya gələcəyik.

- İnşallah.

- İnşallah, sağlıq olsun. Azərbaycanı, sizləri görməkdən hər zaman çox məmnunuq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol