• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərin icra başçısı yarımçıq ruscasıyla hərbi sirləri belə yaydı – VİDEO

Tərtərin icra başçısı yarımçıq ruscasıyla hərbi sirləri belə yaydı – VİDEO
18.12.2018 22:05
Azərbaycanlı məmur Rusiyalı jurnalistlə müsahibəsində hərbi sirr sayılan məlumatları açıqlayıb.

Yenicag.ru-nun məlumatına görə, Rusiyalı telejurnalistlə söhbətində hərbi sirləri faş edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sosial şəbəkələrin "ulduz”una çevrilib.

Azərbaycanlı məmurların bir çoxunun intellektual səviyyəsinin yetərli olmaması bəzən hətta dövlət sirri sayılan məlumatların yayılması ilə nəticələnir. Bunun bariz nümunəsi kimi, Rusiya telekanallarından birinə müsahibə verən Tərtərin icra başçısı Müstəqim Məmmədovu göstərə bilərik. Məmmədov rusiyalı telejurnalistlə 10 dəqiqəlik söhbətində düşmənlə üz-üzə dayanan Tərtərin bütün infrastruktur xəritəsini "cızıb”.

Xatırladaq ki, 2016-cı ilin məlum Aprel döyüşləri zamanı Tərtər ermənilərin əsas hədəflərindən biri idi və düşmən artilleriyasının oraya vurduğu ziyan digər rayonlarla müqayisədə bir neçə dəfə çox idi.

Tərtərin cəbhə zonasında Azərbaycan Ordusunun əsas dayaq nöqtələrindən biri olmasına baxmayaraq, Məmmədov rəhbərlik etdiyi strateji əhəmiyyətli rayonun bütün sirlərini Rusiyalı jurnalistə ardıcıllıqla açıqlayır: rayonda son illərdə hansı obyektlər tikilib, Aprel döyüşləri vaxtı erməni mərmiləri hansı ərazilərə düşürdü, həmin döyüşlərdən sonra hansı obyektlər əsaslı təmir edilib və sair. Bir sözlə, Məmmədov cəbhə xəttindəki Tərtərə nə məqsədlə gəldiyi dəqiq bilinməyən Rusiyalı telejurnalistlə söhbətində rayonun zərbə endirilə biləcək bütün koordinatlarını dəqiqliklə göstərəcək qədər "irəli gedib”.

Xarici telejurnalistin cəbhə zonasındakı rayondan reporaj hazırlamasına hansı səviyyədə icazə verildiyi və Məmmədovun pozuq rus dilində rayonun sirlərini faş etməzdən əvvəl kiminlə məsləhətləşdiyi məlum deyil. Bütün hallarda hesab edirik ki, bütün bu məsələlər Azərbaycan xüsusi xidmət orqanlarının, xüsusilə, hərbi kəşfiyyat qurumunun nəzarəti altında öz həllini tapmalıdır.

Çox təəccüblüdür ki, yerli KİV təmsilçilərinin cəbhəyanı rayonlardan reportaj hazırlamaq istəyi yerli icra hakimiyyəti orqanları tərəfindən əksər hallarda rədd edilir. Jurnalistlərin bu vəziyyətdə hətta yerli sakinlərdən açıqlama almaq cəhdlərinin də qarşısı alınır. Məmurların əsas "arqument”ləri bundan ibarət olur ki, açıqlamanın tərkibində məxfi məlumatlar da yayıla bilər. Cəbhəyanı rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri isə yerli jurnalistlərlə görüşüb-söhbətləşməkdən
birmənalı şəkildə imtina edirlər.

Belə olan halda məntiqi sual yaranır: xarici jurnalistə Tərtərdən material hazırlamasına kim və hansı məqsədlə icazə verib? Eyni zamanda, Müstəqim Məmmədov Tərtər kimi strateji əhəmiyyətli rayonun sirlərini faş etmək göstərişini kimdən alıb?

Onu da qeyd edək ki, Aprel döyüşlərindən sonra Tərtər rayon icra başçısı nədənsə Prezident tərəfindən rəhbər təyin olunduğu rayonda deyil, qonşu rayonda gecələməyə üstünlük verir. Belə ki, o, gündüzləri Tərtərdə, gecələri isə Yevlaxda qalır.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol