• $
  • €
  • ₽
  • ₺
  • £

“Məndə olan çox ciddi məlumatlara əsasən...” -Asim Mollazadə

“Məndə olan çox ciddi məlumatlara əsasən...” -Asim Mollazadə
21.10.2014 14:25
“Dağlıq Qarabağ probleminin həlli istiqamətində artıq Rusiyadan nəsə gözləməkdən keçib”.Bu sözləri Axar.az-a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dağlıq Qarabağ probleminin həllində maraqlı ölkələrin rolunu şərh edərkən deyib. O bildirib ki, ABŞ və AB dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı olduqlarını ifadə ediblər:“AŞ PA-nın və AP-nin münaqişə ilə bağlı müvafiq qətnaməsi var. Bir sıra Avropa ölkələrinin parlamentləri Azərbaycanın işğal olunmuş əraziləri, etnik təmizləmə və yüzminlərlə qaçqın soydaşımızla bağlı qətnamə qəbul edib. Minsk Qrupunun həmsədri kimi daha çox ABŞ münaqişənin həllinə səy göstərib. Bir amil hər zaman nəzərə alınmalıdır ki, Ermənistan bu proseslərdə ancaq danışıqların imitasiyasını həyata keçirir. Dağlıq Qarabağ münaqişəsinin həlli fonundakı siyasəti və roluna görə Ermənistan müstəqilliyini itirmiş və hərbi pafosa çevrilmiş bir ölkədir. Müstəqil qərarlar vermək imkanına malik olmayan bir ölkənin bu məsələdəki rolu daha çox İrəvanın havadarından asılıdır. Rusiya problemin həllində önəmli addım atmaq istəyərsə, çox asanlıqla Ermənistanı sülhə məcbur edə bilər. Lakin bu, baş verməyəcək. Çünki artıq məsələnin həllində çıxış yolu kimi Rusiyadan hər hansı bir addım gözləməkdən keçib. Buna görə də problemlə bağlı yaxın 10 ildə nəsə ciddi bir irəliləyiş gözləmirəm. Ancaq məndə olan çox ciddi məlumatlara əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişənin həllində yaxın gələcəkdə Rusiya yox, başqa ölkələr nəsə etsin”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol