• $
  • €
  • ₽
  • ₺
  • £

BACCİ həmsədri: Bolqarıstanın Ermənistana silah satışı barədə informasiyalar əsassızdır

BACCİ həmsədri: Bolqarıstanın Ermənistana silah satışı barədə informasiyalar əsassızdır
19.12.2018 18:52
Son günlər Rusiya mediasına istinadən Azərbaycanın bir sıra internet saytlarında Bolqarıstandan Ermənistana silah ixracatı ilə bağlı məlumatlar yer alıb. Rusiya mənşəli "EADaily” saytının  yaydığı xəbərə görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İrəvan-Burqas-İrəvan marşrutu ilə uçuşlar yerinə yetirən İl-62 nəqliyyat təyyarəsi Bolqarıstandan Ermənistana hər gün 40 ton yük daşıyır. Saytın iddialarına görə, bu yüklərin arasında 1700 minaatan və 5 min sursat da olub.

Yayılan informasiya ilə bağlı "AzeriDefence” dekabrın 18-də Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının (BACCİ) həmsədri Ramin Əhmədova müraciət edib. Bundan sonra araşdırma aparan Palatanın Bolqarıstan tərəfdən həmsədri Dmitri Bratanov bir gün sonra mövzu ilə bağlı "AzeriDefence”yə rəsmi açıqlama göndərib.


Palata həmsədri bildirib ki, informasiya ilə tanışlıqdan dərhal sonra sektorda fəaliyyət göstərən biznes qurumlarının və Burqasda yerləşən karqo logistiksı ilə məşğul olan operatorların nümayəndələri ilə konsultasiyalar keçirib: "Bu yayılan informasiyalar yumşaq dillə desək əsassızdır. Məqalədə yalnız bir doğru informasiya var: Burqas limanının Şərqi Avropa, Afrika və Asiya ölkələrinə silah satışlarında logistik mərkəz (xab) rolunu oynaması. Tək düzgün fikir budur. Burqasdan dünyanın bütün nöqtələrindən olan müştərilərə Avropa ölkələrinin istehsalçılarının silah və xüsusi avadanlıqların çatdırılması həyata keçirilir”.
Bratanov qeyd edib ki, cari ilin dekabr ayında göstərilən Burqas-İrəvan təyyarə reysləri tranzit reyslərdir. Bu reyslərlə Ermənistana Bolqarıstan mənşəli məhsullar göndərilməyib. Burqasdan yalnız nəqliyyat dəhlizi kimi istifadə olunub: "Azərbaycan on illərdir Bolqarıstanın strateji partnyorudur və bizim ikitərəfli münasibətlərimiz uzun illərdir etibara, düzgünlüyə və hörmətə əsaslanır. Sizin qərb qonşunuz (Ermənistan – red.) belə statusdan istifadə etmir. Ermənistana istisnalarla yalnız bolqar mənşəli ehtiyat hissələr və dəstləşdirici elementlərin çatdırılması olur. Çünki Ermənistan qadağalar siyahısına daxil deyil. Onu da qeyd edim ki, Burqasda bolqar şirkətləri ilə yanaşı logistik əməliyyatlarla və reeksportla çox sayda Avropa, Amerika, İsrail və başqa ölkələrə aid şirkətlər məşğul olurlar. Ticarətlə məşğul olan bu şirkətlər nəqliyyat növlərinə olan beynəlxalq tələbləri yerinə yetirirsə, Bolqarıstan tərəfindən qanunvericiliklə sanksiya predmeti tətbiq olunmur”.

Palata sədri onu da vurğulayıb ki, son illərdə Bolqarıstandan Azərbaycana daşımaların həcmi də on dəfələrlə artıb.
Dmitri Bratanov qeyd edib ki, bu gün bəzi qüvvələr Bolqarıstan və Azərbaycan arasında münasibətlərə zərər vurmağa çalışırlar: "Bolqarıstan 25 ildir beynəlxalq siyasətdə Azərbaycanın ərazi bütövlüyünü və işğal olunmuş torpaqların geri qaytarılmasını qəti şəkildə müdafiə edir”.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol